Səfa Mirzəyevə qarşı ittihamlar

10.03.2014 - 14:32

Keçmiş DTK,
milis işçilərinə pensiya verən hökumət istiqlalçı deputatların haqqını tanımır


 

İstiqlalçı Deputatlar Məclisinin (İDM) mətbuat
xidməti  sabiq deputatların pensiya
hüququnun pozulmasına dair şikayətə Apellyasiya Məhkəməsində baxılmasının
gedişi barəsində məlumat yaymışdır. Həmin məlumatda bildirilir ki, 1991-1995-ci illərdə fəaliyət göstərən
Milli Məclisin üzvləri olmuş şəxslərin, o cümlədən istiqlalçı deputatlar
Hacıbaba Əzimov, Firudin Cəlilov, Məryəm Həsənovanın sabiq deputatlar üçün müəyyən
olunmuş pensiya hüquqları heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq Dövlət
Sosial Müdafiə Fondu
tərəfindən pozulmuşdur və  bu
antikonstitusion akt şəxsiyyətə, cəmiyyətə və dövlətə zərər yetirən və cinayət
məsuliyyəti yaradan əməl (hərəkət və ya hərəkətsizlik) olduğuna görə  kütləvi informasiya vasitələrinin və
ictimaiyyətin diqqət mərkəzində saxlanılmaqdadır.

Xatırladılır ki, hələ 1991-ci il martın 7-də
Ali Sovetdə 350 nəfər deputatdan cəmi 43 nəfəri cəsarət və milli qeyrət göstərib
SSPİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın
müstəqilliyinə səs vermişdir. Bu istiqlalçı deputatlar sırasında olmuş Hacıbaba
Əzimov, Firudin Cəlilov və Məryəm Həsənova həm də cəmi 51 nəfərdən ibarət ilk
Milli Məclisin üzvləri seçilmiş və 1991-1995-ci illərdə orada qanunverici səs
hüquqlu deputat statusunda fəaliyyət göstərmişlər. Buna baxmayaraq Dövlət
Sosial Müdafiə Fondu həmin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə
cavab məktubunda hüquq normalarını deyil, Milli Məclisin Aparatının rəhbəri
S.Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhini
əsas tutaraq və onun absurd cümlə və ifadələrini eynilə təkrar edərək onlara sabiq
deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina etmişdir. Buna görə də
sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət etmişlər. Lakin pensiya
hüququqlarının pozulması ilə bağlı H.Əzimovun şikayətini 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməmiş, qanunvericiliyə tamamilə
zidd, ədalətsiz qərarlar qəbul etmişlər. Hazırda prof. H.Əzimovun şikayətinə
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılır. F.Cəlilov
və M.Həsənovanın şikayətləri isə yaxın günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinə
təqdim ediləcəkdir.

Bakı Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının bu yax;nlarda keçirilmiş iclasında H.Əzimovun
apellyasiya şikayətinə məhkəmə baxışı zamanı cavabdeh Dövlət Sosial Müdafiə
Fondunun və üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş S.Mirzəyevin günahı tam
aydınlığı ilə üzə çıxmışdır. Cavabdeh DSMF-in və onun Nəsimi Rayon Şöbəsinin
nümayəndələri tərəflərin çəkişmə prosesində çox aciz duruma düşmüşlər. Belə ki,
iddiaçı prof. H.Əzimovun pensiya hüququnun pozulmasının sübutu olaraq istinad
etdiyi hüquq normalarına və təqdim etdiyi digər dəlillərinə qarşı cavabdeh tərəf
heç bir əks-arqument və əsas göstərə bilməmişdir. H.Əzimov mövcüd qanunvericiliyin
norma və prinsiplərini əsas tutaraq istiqlalçı deputatların pensiya
hüquqlarının kobudcasına pozulmasının tamamilə qanunsuz və antikonstitusion akt
olduğunu bildirmişdir.
O,  məhkəmənin diqqətinə çatdırmışdır ki, dцнйанынбцтцн СЃРёРІРёР» юлкяляриндя,
h
ятта постсоветреспубликаларында дювлят мцстягиллийининялдя едилмясиндяхидмятляри олан депутатларифтихарла “сигнаторлар”адландырылараг СЏРЅ йцксякдювлят тялтифляринявя сосиал имтийазларалайиг эюрцлцбляр. LakinAzərbaycanda dövlət
müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində, ilk Avropa tipli
parlamentin – Milli Məclisin üzvü seçilərək müstəqil dövlətimizin
atributlarının, qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli
xidmətlər göstərmiş sabiq deputatların böyük əksəriyyəti uzun illər ərzində
işsiz saxlanıldıqlarına, yalnız pensiya ümidinə qaldıqlarına, lakin halal
deputat pensiyalarını almaqdan belə məhrum edildiklərinə görə agır maddi-mənəvi
sıxıntılar, əsəb sarsıntıları, ciddi səhhət pozuntuları içərisində çətin həyat
yaşamaga məhkum edilmişlər. İlk Milli Məclisin deputatlarından bir qismi uzun
illər ərzində həm işsiz saxlanıldıqlarına, həm də halal deputat pensiyalarını
almaqdan məhrum edilərək agır maddi-mənəvi-ruhi sarsıntılara, “məxməri terrora”
məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər.

Sonra H.Əzimov məhkəmə prosesinin aşkarlıq
prinsipi əsasında aparılması məqsədilə cavabdeh tərəflə çəkişmənin və verdiyi
sualların audio yazılışına icazə verilməsini kollegiya üzvlərindən xahiş etmişdir. Kollegiya sədri hakim N.Mustafayev
isə heç bir əsas olmadan və hər hansı səbəb göstərmədən onun bu xahişini rədd
etmiş və beləliklə də İnzibati Prosessual Məcəlləsinin 17.2. maddəsini
pozmuşdur. Bu hal həm də Prezident İ.Əliyevin “Elektron məhkəmə” informasiya
sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamına
daban-dabana zidd olmuşdur. Belə ki, dövlət başçısının həmin sərəncamında birmənalı
olaraq “ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların
hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi”, “məhkəmə proseslərinin
audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə
alınması” nəzərdə tutulmuşdur.

İddiaçı H.Əzimov
kollegiya sədrinin audio yazılışa razılıq vermədiyini nəzərə alaraq pensiya ilə
bağlı qanunvericiliyin tətbiq edilməsinə dair cavabdehlərə verdiyi çoxsaylı
suallarını yazılı şəkildə təqdim etmişdir. Cavabdehlərin nümayəndələri
H.Əzimovun 30- a yaxın sualından heç birinə hüquq normaları əsasında dürüst
cavab verə bilməmişlər. Məsələn, iddiaçının aşağıdakı suallarına: 1) DSMF və ya
onun Nəsimi Rayon Şöbəsi “Əmək pensiyaları haqqında” qanuna və digər qanunvericilik aktlarına təfsir (şərh) verə bilərmi; 2) Milli Məclis nə vaxtdan fəaliyyətə
başlayıb; 3) Milli Məclisin Aparatının rəhbərinin qanunlara rəsmi təfsir vermək
səlahiyyəti varmı? Əgər yoxdursa, onda nədən DSMF hələ də onun 2000-ci ilin
dekabr ayında Əmək nazirliyinə göndərdiyi məktubu əsas götürərək və onun məzmununu
cavab məktublarına köçürərək ilk Milli Məclisin deputatlarına pensiya verməkdən
imtina edir; 4) DSMF-nin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə
cavab məktublarından açıq şəkildə görünür ki, o, bu məsələdə 2000-ci ildə  Milli Məclis Aparatının rəhbəri S.Mirzəyevin Əmək Nazirliyinə göndərdiyi məktuba
istinad edir və onun məktubunun üzünü olduğu kimi köçürüb iddiaçı deputatlara
cavab verir. Siz də binu etiraf edirsinizmi?Niyə DSMF ölkə qanunvericiliyinə deyil, S.Mirzəyevin qanuna verdiyi
antikonstitusion şərhə istinad edir; 5) S.Mirzəyevin bəhs olunan məktubunda,
DSMF in Nəsimi Rayon Şöbəsinin cavabında göstərilir ki, deputat pensiyası
Konstitusiya qüvvəyə mindikdən sonra və Konstitusiyaya əsasən seçilmiş
deputatlara şamil oluna bilər. Bu fikrinizdə qalırsınızmı? Əgər qalırsınızsa,
onda nə üçün Konstitusiyanın qüvvəyə minməsindən əvvəl, 1995-ci il noyabrın
12-də seçilmiş deputatlara güzəştli deputat pensiyası verilir? – kimi suallara cavabdeh Dövlət Sosial Müdafiə
Fondunun və onun Nəsimi Rayon Şöbəsinin nümayəndələri ya qeyri-müəyən, qeyri-dəqiq
cavablar vermiş, ya da “bilmirəm”- demişlər.

Daha sonra iddiaçı H.Əzimov cavabdehlərə yazılı şəkildə aşağıdakı
sualları vermişdir:

1) Sovet dövrü ilə müstəqillik dövründə hakimlərin seçilmə
qaydasında   müxtəliflik olduğunu
bilirsinizmi?
Müvafiq
qanunlarda “xalq hakimi”, “Ali Məhkəmənin üzvü” ifadələrinin işlədilmədiyini
bilirsizmi?
Əgər bunları bilirsinizsə, onda DSMF hansı əsasla müxtəlif
quruluşlu  dövlətlərdə, müxtəlif
qaydalarda  seçilən və ya təyin olunan,
eləcə də həm Sovet dövründə, həm də müstəqillik illərində “xalq hakimi
“,
“Ali Məhkəmənin üzvü” adlandırılan şəxslərə qanunvericilikdə “hakim”  adlanan şəxslər üçün nəzərdə tutulan
imtiyazlı pensiya verir, ancaq “Milli Məclisin üzvü” ifadəsi ilə “Milli Məclisin
deputatı” məfhumu arasında hüququ norma fərqi qoyaraq vaxtilə “Milli Məclisin
üzvü” adlandırılmış şəxslərə sabiq deputatlar üçün nəzərdə tutulmuş pensiya
verməkdən imtina edir?

2) Azərbaycan
SSR ilə  Azərbaycan Respublikası arasında
dövlət quruluşu baxımından müxtəliflik olduğunu qəbul edirsinizmi? Azərbaycan
Respublikasının özünü SSRİ-nin və ya Azərbaycan SSR-in deyil, Xalq Cumhuriyyətinin
varisi elan etdiyini bilirsizmi? Əgər qəbul edirsiniz və bilirsinizsə, onda nədən
DSMF bu müxtəlifliyi nəzərə almadan və
azərbaycan
Respublikas
ının
d
övlət qulluğunun
t
əməl prinsiplərinəzidd olaraq, xüsusilə
müvafiq qanunlarda nəzədə tutulmadığına baxmayaraq,
vaxtilə “SРѕvетlər İttifaqı” deyilənimperialist dövlətə xidmət
etmi
ş, Azərbaycanın
dövlət müstəqilliyinin əleyhinə çıxmış, istiqlalçı deputatları, milli dəyər
daşıyıcıları olan görkəmli ziyalıları  təqib
və reprassiyalara məruz qoymuş, qanlı “20 yanvar” qətliamında əli olmuş
Kommunist
Partiyas
ı və
Sovet dövlət orqanlarının keçmiş funksionerlərinə, Sovet prokurorluq
, milis,
“KQB” (DTK) işçilərinə
,
sovet
hərbiçilərinə və s. yüksək
və güzəştli pensiya verir, lakin Az
ərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində
görkəmli xidmətləri olan lik Milli Məclis üzvlərinə qarşı ayrı-seçkilik qoyaraq
deputat pensiyası verməkdən imtina edir
?

 3) Siz hazırkı Milli Məclis deputatlarının böyük bir qrupunun hələ
2007-ci ildə cənab İ.Əliyevə

məktubundakı ” bərabərlik
hüququ hələ də ilk Milli Məclisin deputatlarına şamil edilməyib. Bunun üçün sadəcə
DSMF öz vəzifə borcuna müvafiq olaraq mövcud “Əmək pensiyaları haqqında” qanuna
əməl etməlidir” – fikri ilə razılaşırsızmı?

 4) Siz
DSMF – in aidiyyəti üzrə məmurlarının ilk Milli Məclisin deputatlarının Konstitusiyada və beynəlxalq sənədlərdə
əks olunmuş bərabərlik hüququnu pozaraq onlara maddi və mənəvi zərər vurmaqla cinayət
əməllərinə yol verdiklərinin fərqindəsinizmi?

 Cavabdehlər göstərilən bu və şikayətin
araşdırılması və işin hallarına dürüst hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət
kəsb edən digər  sullara cavab verə bilməmişlər.
Məhkəmə mühakiməsi zamanı iddiaçı H.Əzimov üçüncü şəxs qismində məhkəməyə cəlb
edilmiş S.Mirzəyevin məhkəməyə çağırılaraq izahat verməsi haqqında vəsatətinin
indiyədək təmin edilmədiyini hakimlərin diqqətinə çatdırıb və bunu məhkəmə
kollegiyasından bir daha tələb edib. Kollegiyanın sədri N.Mustafayev isə
bildirib ki, S.Mirzəyev məhkəməyə gəlməkdən imtina edir və onun polislə gətirilməsi
də qeyri-mümkündür. Bundan sonra iclas başa çatıb və kollegiyanın növbəti
iclası 11 mart tarixinə, saat 16-ya təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=4973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930