Azərbaycanda dini məzhəbləri yaymaq terror sayılacaq

10.03.2014 - 15:29

Azərbaycanda dini məzhəbləri yaymaq terror sayılacaq

Terrorçuluqla bağlı maddələrə dəyişikliklər olunub və cəzalar xeyli sərtləşdirilib

 

Azərbaycan qanunvericiliyində terror anlayışının əhatə dairəsi genişləndiriləcək. PİA.Az xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən APA-ya verilən məlumata görə, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna bununla bağlı yeni əlavə və dəyişikliklər təklif olunub.
Təklif edilən müddəalara əsasən terrorçuluğa açıq çağırışlar, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq və ölkə daxilində, xaricində terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndiriləcək. Cinayət Məcəlləsinin terrorçuluğa dair maddələri bu hallara da şamil olunaraq sərt cəzalar tətbiq ediləcək.
Qeyd edək ki, bu günlərdə Cinayət Məcəlləsində terrorçuluqla bağlı maddələrə dəyişikliklər olunub və cəzalar xeyli sərtləşdirilib.
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna edilən əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4976

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031