Əbülfəs Qarayevi Hizbullah şəbəkəsinə nə bağlayır?
11.03.2014 - 10:12
Əbülfəs Qarayevi Hizbullah şəbəkəsinə nə bağlayır?
Əbülfəs Qarayevin və qohumunun adı skandal iddiada; Elnur Aslanovun Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olması onu Hizbullah şəbəkəsindən xilas edə bildi
Bir neçə həftədir Azərbaycan gündəminin əsas mövzuları sırasına yüksələn hökumət-nurçu qarşıdurması ilə bağlı yeni xəbərlər yayılmaqdadır. Martın 10-da “Əjdər Əliyev” adlı e-mail ünvanı üzərindən Azərbaycanın bir sıra media orqanlarına hakimiyyət içərisindəki təriqətçilərlə bağlı məktub göndərilib. Müəllif iddia edir ki, vəhhabilər və nurçularla eyni zamanda hakim komandada Hizbullah tərəfdarları da var. Maraqlı məqamların yer aldığı məktubu üslub düzəlişlərlə dərc edirik: “Nurçular və vəhhabilərdən sonra Azərbaycan hakimiyyətində Hizbullah şəbəkəsini həyata keçirən kimdir?
“Qütb” jurnalı Azərbaycanda nəyi təbliğ edirdi? Elnur Aslanovun “Qütb” jurnalı ilə nə əlaqəsi olub? Hizbullah şəbəkəsində Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin imkanlarından necə istifadə edilir?
Azərbaycanda vəhhabi və nurçuların dövlətdə şəbəkəsindən kifayət qədər yazılar yazıldı və tədbirlər görülməyə başladı. Amma bu arada ölkəmizdə din adı altında Hizbullah şəbəkəsini unutmaq lazım deyil. Azərbaycanda hakimiyyət daxilində Hizbullah şəbəkəsini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş müavini Elçin Əsgərov həyata keçirməkdədir. Elçin Əsgərov 2001-ci ilə kimi nəşr etdiyi “Qütb” jurnalında açıq aşkar İran İslam İnqilabının banisi Ayətullah Xomeyninin “Vilayəti-Fəqih” konsepsiyasını ölkəmizdə ən çox təbliğ edənlərdən biri idi. Hətta o zamanlar Elnur Aslanov da Elçin Əsgərovla bərabər çalışır və “Qütb” jurnalını nəşr edirdilər. Elnur Aslanovun Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olması onu Hizbullah şəbəkəsindən xilas edə bildi. Amma əfsuslar olsun ki, əvvəl Nəqşbəndi, sonra isə nurçu şəbəkəsinə daxil oldu.
Elçin Əsgərov “Qütb” jurnalındakı məqaləsində İmam Xomeyninin konsepsiyası İslam şəriətinin bütün digər hüquqi sistemlərdən üstünlüyünü və cəmiyyətdə İslam dininin həlledici rolunu vurğulayırdı.
Qısa olaraq Elçin Əsgərov Rafiq Əliyevin işdən uzaqlaşdırılmasından sonra DQİDK sədri olmaq istəsə də, buna nail ola bilmədi. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin yaxın qohumu olmasından istifadə etsə də Elçin Əsgərov sədr təyin edilə bilmədi, müavin oldu. İşlədiyi müddətdə Hidayət Orucov onu sıxışdırırdı, faktiki olaraq ona heç bir iş verilmir, qurumun toplantılarına dəvət olunmurdu. Sonunda Elçin Əsgərov istefa verməyə məcbur oldu. Amma yaxın dostu Elşad İsgəndərovun DQİDK-ya sədr təyin edilməsi ona yeni fürsətlər verdi. Hazırda Elçin Əsgərov tam sürətlə DQİDK -də Hizbullah şəbəkəsini yaratmaqdadır.
Elşad İsgənədrov vasitəsi ilə Elçin Əsgərov vəhhabilərin maliyyələşdirdiyi İslam Konfransı Təşkilatının Gənclər Forumunda mühüm vəzifəyə gətirildi. Bu da Elçin Əsgərova Allahşükür Paşazadədən intiqam alma imkanı verib. Allahşükür Paşazadə Elçin Əsəgərovun “Karvan” firmasından həcci bir dəfəlik alıb.
Bu məsələyə də diqqət yetirmək lazımdır. Hazırda DQİDK bütün vəzifələrə Elçin Əsgərovun Hizbullah şəbəkəsinin üzvləri yerləşdirilir”.
Yazıda adları çəkilən hər kəsə cavab haqqı tanıyırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=4982