Avropa komissarı Xədicə İsmayılın məhkəməsində çıxış etmək istəyir

21.01.2016 - 14:26

nilsAvropa Şurası insan haqları komissarı Nils Mujnieks ikinci dəfə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək bildirib ki, bu iş üzrə üçüncü şəxs qismində çıxış etmək istəyir (birinci müraciət 2015-ci il sentyabrın 23-də olub).

Avropa komissarı katibiyinin “Turan”a daxil olan məlumatında deyilir ki, komissar öz səlahiyyət mandatına uyğun olaraq Azərbaycanda insan haqlarının vəziyyəti və bu vəziyyətin Xədicə İsmayılın işi ilə bağlığına dair məlumat verib və jurnalistinAzərbaycana qarşı iddiası üzrə məsələyə dair vəsatətlə müdaxilə etmək qərarına gəldiyini bildirib.

Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti böyük narahatlıq doğurur. Repressiyalar, tənqidi səslərə qarşı məhkəmə təqibləri geniş yayılmış haldır.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Xədicə İsmayılın şikayəti üzrə Azərbaycan hökumətilə komminikasiyanı başa çatdırır. Çox güman ki, iddiaya yaxın vaxtlarda baxılacaq.

Virtualaz.org onu da xatırladır ki, Amal Kluni erməni əsillidir və Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi olub.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=49853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930