"Krım Rusiya üçün Qarabağa enmə zolağıdır"

11.03.2014 - 11:58

“Krım Rusiya üçün Qarabağa enmə zolağıdır”

“Rusiya Qarabağa da Krım gözü ilə baxır”
Politika.az xəbər verir ki, bu ifadə Ermənistanın “Lragir” nəşrində yer alıb.
Məqalədə deyilir:
“Rusiya çoxdan Qarabağa Krıma baxdığı nəzərlə baxır. İndi artıq Rusiyanın Krıma qarşı olan niyyəti bəlli olduqdan sonra, böyük ehtimalla Qarabağın işğalına başlayacaq”.
Nəşr qeyd edir ki, Rusiya Krımdan Qarabağa enmə zolağı kimi istifadə edəcək:
“Rusiya Ukraynada və Krımda həyata keçidiyi işğalçılıq siyasətini Ermənistan və Qarabağda da həyata keçirəcək. Çünki Rusiya bu məqam üçün çoxdandır hazırlıq işləri görür”.
Ermənistanın mətbuat orqanları bildirir ki, proseslərin gedişatından asılı olaraq Rusiya öz ordusunu Dağlıq Qarabağa yeridə bilər:
“Əgər Rusiya Krımı özünə birləşdirməyə müvəffəq olsa, onda heç vaxt Qarabağın müstəqilliyini tanımayacaq. Bu da o deməkdir ki, Rusiya Krımın ardınca öz qoşunlarını Dağlıq Qarabağa yeridəcək. O üzdən Krım Rusiya üçün Qarabağa enmə zolağıdır.
Əgər Rusiya keçirilən referendumun nəticələrini qəbul edərsə və Krımı suveren dövlət kimi tanıyarsa, Qarabağı Rusiyanın caynağından xilas etmək mümkün olacaq. Lakin hazırki mövcud vəziyyətdə bu real görünmür”.
Qeyd edək ki, Rusiyanın Krıma qoşun yeritməsi ilə əlaqədar olaraq Ermənistandakı Rusiya səfirliyi qarşısında kütləvi etiraz aksiyaları keçirilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4989

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829