Metro ticarətçiləri aksiyası keçirir

11.03.2014 - 12:29

Metro ticarətçiləri aksiyası keçirir

Metronun “Elmlər Akademiyası” stansiyasının keçidlərində olan mağazaların fəaliyyətinin dayandırılmasına satıcılar etiraz edir.
7/24news-un hadisə yerində olan müxbirinin məlumatına görə, satıcılar bildiriblər ki, səhər saatlarında onlara mağazaları açmamaq, satışı dayandırmaq tapşırılıb.
Musavat.com-un reportyoru Fərahim İlqaroğlunun hadisə yerindən verdiyi xəbərə görə, satıcılardan bir neçəsinin Metropoliten rəsmilərilə görüşdüyü vaxt polislər beş-altı fəallıq edən satıcını saxlayaraq polis bölməsinə aparıblar. 
Xeberdar.az-ın məlumatına görə, hazırda metronun “Elmlər Akademiyası” stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.
“Gənclik” metrosundan “Koroğlu”ya qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib.
Musavat.com-un reportyoru bildirir ki, satıcılar hazırda işlədikləri yerə almaq üçün Metropolitenin əvvəlki rəisi Tağı Əhmədova 1500 manat pul verdiklərini deyib, heç olmasa həmin pulun onlara qaytarılmasını tələb ediblər
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4990

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031