ABŞ səfiri Rusiyanın başına gələcək fəlakətləri sadaladı

11.03.2014 - 12:53

ABŞ səfiri Rusiyanın başına gələcək fəlakətləri sadaladı

Ukrayna böhranı Amerika-Rusiya münasibətlərinə çox böyük fəlakətlər gətirə bilər.
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu fikri ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Rusiyanın Krıma hərbi müdaxiləsi və bunun nəticəsində baş verə biləcək hadisələrə öz mövqeyini açıqlayarkən deyib.
Amerikalı səfir hesab edir ki, Rusiyanın Krıma hərbi müdaxiləsi bu ölkəni dünyada təcrid vəziyyətinə sala bilər. 
Onun fikrincə, Rusiya hakimiyyəti rasional oyunçu olmadığından bu ağır duruma düşüb: ” İnanmıram ki, hər hansı konkret hərbi müdaxilə Rusiyanın uzunmüddətli maraqlarına xidmət etsin. Əgər Rusiya hərbi müdaxilə yolu ilə Krımı əldə edərsə, o zaman Moskva Avroasiya İqtisadi İttifaqını yaratmaq şansından imtina etmiş olur. Bununla Rusiya istər-istəməz Ukraynanın yolunu bu quruma bağlamış olur. Krımda yaşayan 2 milyon əhaliyə görə, bu addımı atmaq Rusiya üçün nə qədər əhəmiyyətlidir deyə bilmirəm.
İkincisi, hərbi müdaxilə Rusiyanı uzun illər dünyadan izolyasiya edəcək. Hətta Çin belə halda Rusiyanı müdafiə edə bilməyəcək.
Üçüncüsü, tətbiq ediləcək sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı milyardlarla dollar itirmiş olacaq və bundan da bu ölkənin ən yaxşı şirkətləri əziyyət çəkmiş olacaq”.
Diplomat əlavə edib ki, əgər Rusiya dünyanın hegemon dövlətlərindən olmaq istəyirsə, o zaman hərbi güc və əraziləri işğal etməklə yox, iqtisadi inkişaf yolunu tutsun.
Diplomat onu da xüsusi ilə qeyd edib ki, Ukrayna böhranı Amerika-Rusiya münasibətlərinə mənfi təsir edəcəyi təqdirdə iki ölkənin münasibətlərində itkilərin miqyası həddən böyük olacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4993

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031