Ketrin Eştonun azərbaycanlı ilə görüşü İranda qəzəb doğurdu

11.03.2014 - 14:30

Ketrin Eştonun azərbaycanlı ilə görüşü İranda qəzəb doğurdu

Avropa Birliyinin Tehrana səfər edən xarici işlər naziri Ketrin Eştonun azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və il yarım əvvəl zindanda işgəncələr altında öldürülmüş bloqçu Səttar Behiştinin anası Gövhər Eşqi ilə görüşməsi İran rəsmilərinin etirazına səbəb olub.
“Media forum” saytının məlumatına görə, Eşton Nərgiz Məhəmmədi və Gövhər Eşqi ilə martın 9-da Avstriyanın Tehrandakı səfirliyində görüşüb. Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən görüşdə Eşton İranda qadınların durumu və insan hüquqlarının pozulması halları ilə maraqlanıb.
Görüşün Avstriya səfirliyində necə təşkil edildiyi bilinmir.
Eştonun qadın hüquq müdafiəçiləri ilə görüşündən sonra İran rəsmiləri bu hərəkəti kəskin pisləyiblər. İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Məsud Cəzayiri martın 10-da jurnalistlərə açıqlamasında görüşü məhkum edib: “Eştonun bu kimi şəxslərlə görüşü onun beynəlxalq diplomatiya qaydalarını pozması deməkdir. Bu həm də onların bizim daxili işlərimizə növbəti müdaxiləsinə bir zəmindir. Bunun qarşısı alınmalıdır. Yaxşısı budur ki, Eşton gedib Avropa Birliyindəki qadınların problemləri ilə məşğul olsun”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm martın 10-da jurnalistlərə açıqlamasında deyib ki, bu görüş rəsmi Tehranla koordinasiya edilməyib: “Eştonun bu hərəkəti xalqımızın Qərbə olan şübhəsini daha da artıracaq. Bu əməl İranla Avropa Birliyi münasibətlərinin yaxşılaşdırılmasına yardım etməyəcək”.
Bir sıra iranlı deputatlar, o sıradan Ruhullah Hüseyniyan, İsmayıl Kövsəri məsələyə münasibət bildirərək Eştonun iranlı hüquq müdafiəçiləri ilə görüşünü pisləyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=4998

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031