Gülər Əhmədova və vəkili Dövlət Departamentinə qarşı

10.03.2014 - 22:05

Nəhayət ki, ABŞ Dövlət Departamentinin hesabatından
sonra
Gülər Əhmədova və vəkili sükutu pozdu. Özüdə necə pozdu. Sən
demə Dövlət Departamenti  özünün  “maliyyələşdirdiyi” şəxslərin cəfəngiyyatlarını
hesabata  köçürür.  Əslində vəkil Ə.Talıbovun belə bir fikir yürütməsi əsl cəfənggiyyatdan xəbər
verir.  Vəkil  onun müştərisinin səbirsizliklə  dövlət başçısı tərəfindən əhf olunacağını
gözlədiyi bir məqamda departamentin hesabatında müvəkkilinin adının hallanması
san ki, saxta əsaslar üzərində qurulmuş müdafiə taktikasının  nə qədər prespektivsiz olduğunu bir daha
müşahidə etməkdəyik.   Ə.Talıbov narazılığından
belə çıxır ki, sabit  rektor  Gülər xanımın cinayətlərini videogörüntüyə
alarkən bir sıra naşılığa yol verib, misal üçün cinayəti əks etdirən
videogörüntülərdə qusurlar var, ən əsası da odur ki, sonuncu keçmiş millət vəkilinin
cinayətlərini qeydə almamışdan öncə  öz
ofisində atacağı addımı kimlərlə isə razılaşdırmalı idi və yaxud  onda  5
saatlıq videogörüntü  olduğu halda niyə cəmi 30 dəqiqəsi yayımlayıb.

Əgər Azərbaycan
gerçəkliklərini nəzərə alsaq  bişmiş cücənin
lap gülməyinə bənzəyərdi bu addım.  Bu
insan nə danışdığını özü də bilmir və yaxud da əsaslı arqumentlərə istinad edə
bilmir, ümumiyyətlə bunlar mövcuddursa. Adama deyərlər  ki, bu günə kimi rektor 5 saat deyil 50 saata
yaxın video-materialı nümayiş etdirib, bunlardan  bir hüquqşunas kimi hansı nəticə
çıxartmısınız ki, əlavə 5 saatlıq da video-görüntünün içtimayyətə təqdim
olunmasını israrla tələb edirsiniz. Birdə ki, əgər məsələ hüquq müstəvisində
araşdırılarsa həmin 30 dəqiqəlik video-görüntü sizin müvəkkilinizin  3 il deyil, uzun illər  həbsdə qalmasına kifayət edər.

 Bir sıradan
olan vətandaş kimi demək olar ki, mən Gülər xanımın bütün məhkəmə proseslərində
iştirak etmişəm.  65 il ərzində
topladığım həyat təcrübəsi mənə imkan verir ki, nəyin yanlış olduğunu, nəyinsə
düzgün olduğunu saf-çürük edim. Bu məhkəmə prosesləri ərzində bir dəfə olsun
belə  Gülər xanım dəmir barmaqlıqlar
arxasından onu millət vəkili  “edən”  seçicilərinə çağrış etmədi, onları məhkəmə
proseslərinə dəvət etmədi, nə də həmin seçicilərdən birinin olsa belə kütləvi
informasiya vasitələrindəmi deyim, hər hansı bir içtimayi tədbirdəmi deyim
bu  qadının müdafiəsinə qalxdığına təsadüf
etmədim. Mənə elə gəlir ki, bu heç də təsadüfi deyil ki, minlərlə seçicisi  “olan”  bir millət vəkilinin müdafiəsinə heç kim
qalxmadı. Çox güman  qalxmadı  o  səbəbdən
ki, bir çox millət vəkilləri kimi, Gülər xanım da bir vaxtlar seşiciləri tərəfindən
seçki məntəqəsində deyil, rektorun ofisinə bənzər özəl xidməti otaqlarda fərdi
şəxslər tərəfindən millət vəkili seçilib. Bax bu səbəblərdən Gülər xanım bu gün etimadını qazanmadlğı seçicilərinin
ürəyinə şair olub şeyir qoşmaqla yol axtarır və yaxud da həmin seçiciləri öz məhkəmə
proseslərinə dəvət etmək əvəzinə ABŞ Dövlət Departamentinə  və digər beynəlxalq təşkilatlara  ünvanlanan çağrışlar edərək sonuncuları öz məhkəmə
proseslərinə israrla dəvət edir. Özüdə necə dəvət edir. Bir yandan beynəlxalq
aləmdə ciddiliyi ilə seçilən bir təşkilatın fəaliyyətini şübhə altına alır, digər
tərəfdən həmin təşkilatdan ona yardımçı olmağı xahiş etməyi unutmur.

Ümumiyyətlə son zamanlar nədənsə ABŞ-ın yüksək vəzifəli
şəxslərini cəsusluqda, təşkilatlarını isə qeyri kompetent olmaqda
günahlandırmaq ayrı-ayrı vətandaşlarımız tərəfindən dəbə gətirilib. Misal üçün
jurnalist X.İsmayılovanın güya amerikanlara hansısa məxfi məlumatların ötürməsi
təsuratlarını içtimayyətdə formalaşdırmağa çalışanlar bir anlıq belə düşünmürlər
ki, bütün bunlar kənardan çox gülünc görsənir. Yaxşı olardı ki, bir jurnalistin
obrazında  Ç.Abdullayevin əsərlərinin qəhramanlarını
canlandırmaq əvəzinə bu cəsus-cəsus oyununun müəllifləri terror, korrupsiya və
agentura baxımından həqiqətən maraq doğura bilən mərhum Elmarın, Ziyanın, Şəmsinin,
Mahirin və digərlərinin qətllərinə, lap yeri gələndə Türkiyədə müəmmalı şəkildə
dunyasını dəyişmiş Sevinc Babayevanın ölümünə və yaxudda məlum mandat alverinə
daha ciddi yanaşsınlar. Belə ki, Gülər Əhmədovanın vəkilinin qeyd etdiyi 30 dəqiqəlik
videogörüntülərdən əlavə  sabiq rektor tərəfindən
içtimayyətə bir sıra audio və vidio disklər təqdim olunmuşdur ki, həmin disklərdə
Gülər xanımın MTN-nin keçmiş rəhbərliyi ilə sıx əlaqələri, valideynlərinin
milliyyətcə erməni olması, MTN-nin zabiti Mahir Abdullayevin yoxa çıxmasından məlumatlı
olmasına dair mərhum S.Babayevanın verdiyi bilgilər öz əksini tapmaqla bərabər,
S.Babayevanın yaxın qohumlarının kütləvi informasiya vasitələrində, eləcə də məhkəmə
proseslərində mərhumun Gülər xanım tərəfindən qeyri qanuni yol ilə Azərbaycan
hüdudlarından kənara çıxarılaraq, başqa dövlətin vətandaşları vasitəsilə
izolyasiyada saxlanılması, işkəncəyə məruz qoyulması  və nəhayət zəhərlənərək ölməsi kimi faktlar
buna əsas verir. Razılaşın ki, əgər bütün bu faktlar üzrə Gülər xanımı ittiham
edənlər mövcuddursa, nəticə etibarı ilə sabiq millət vəkilinin adı hallanan
epizodlar tanınmış, lakin heç bir dövlət əhəmiyyətli məxfi məlumatlara tutduğu
görəvə görə malik olmayan bir jurnalistin əsassız olaraq cəsusluqda ittiham
olunmasından daha inandırıcıdır. Çün ki, insanların sərhəddən gizlin keçirilməsi,
onlara kimliklərin düzəlməsi, xarici dövlətdə xarici vətandaşlar vasitəsilə zor altında saxlanılması kimi imkanlara
kinolarda və romanlarda ancaq agentlər və yaxud da mafiya üzvləri malik
olurlar.

Nə qədər gülməli görünsə belə vəkil məktubunda müvəkkili
haqqında ABŞ Dövlət Departamentinin rəyinin səhv olduğunu və qeyri-qanuni peşəkarcasına
hazırlanmasından bəhs edir. Diqqət yetirin həmin hesabatda  haqlı olaraq Azərbaycan dövlətinin
qınanmasına  hesablanmış digər epizodlar
var ki, daima Azərbaycan iqtidarına sadiqliyini nümayiş etdirməyə şalışan bu
qaın onların heç birisini qeyri-qanuni peşəkarcasına hazırlanmamasını söyləmir,
amma eyni zamanda elə həmin məktububda onun vəkkili  mühalifət yönümlü kütləvi informasiya vasitələrində
güya həqiqətə uyğun olmayan məlumatların dərc olunmasını dilə gətirir. Bütün
bunlardan sonra vəkil Ə.Talıbov nəyə istinad edib G.Əhmədovanı demokratik
fikirli insan adlandırması başa düşüləsi deyil. Bir sözlə bu qadının hər bir kəlməsi
shübhə doğurur, belə çıxır ki, sabiq millət vəkili nəin ki, içtimayyəti, bir
vaxtlar daban-dabana  bərabər yürüdüklərini
də aldatmağa çalışır. Bəlkə də bu günə kimi, cinayət törətmiş sabiq millət vəkilinə
bəzi hüquqşunasların rəyinə görə  digər
dustaqlardan fərqli olaraq bir sıra imtiyazlar edilməsinə baxmayaraq, onun
azadlıqda olmamasının əsas səbəblərindən biri də budur.

Ümumiyyətlə bu məktubu nəzərdən keçirən zaman başa
düşmək olmur ki, vəkil Ə.Talıbov müvəkkilinin azadlıqa çıxmasını arzulayır
yoxsa…Bəlkə də vəkil nə etdiyini başa düşür, sadəcə vəziyyətdən çıxış yolunu
tapa bilmir. Elə bu səbəbdən aləmi vurur bir-birinə. Hamımıza məlumdur ki. G.Əhmədovanın
deşifrə olunmasında içtimayyətə təqdim olunmuş videogörüntülər əsas götürüldü və
dərhal bundan sonra bir sıra şəxslər, o cümlədən bəzi millət vəkilləri bunun
qanunsuz olduğunu vurğulayaraq həbsə alınmış kolleqalarının müdafiəsinə
qalxdılar, lakin bir müddət sonra sabiq rektorun metodlarından elə həmin Milli
Məclisin üzvü bəhrələnərək jurnalistin audio səsini hüquq-mühafizə orqanlarına
təqdim etdi ki, bu audio yazıda açılmış cinayət işinin materiallarında istifadə
olundu. Amma nədənsə bu dəfə bir vaxtlar qanunsuz video-audio yazılar barəsində
ağız dolusu danışan millət vəkilləri mövqeylərini bildirmədilər, bildirənlər isə
özlərini təkzib etdilər. Belə olduğu halda gəl vəkil baş çıxart.

Sözsüz ki, belə vəziyyətdə səhf etməkdən
sığortalanmayan insan övladı başını itirər, dostunu-düşmənini seçməz, nəyin
düz, nəyin əyri olduğunu dərk etməz. Bəlkə də elə bu kimi səbəblərdən də vəkil Ə.Talıbov  ABŞ Dövlət Departamentinin hesabatını  ABŞ-ın güya sponsorluq etdiyi xəbərçilərin məlumatları
əsasında tərtib edildiyini deməklə mümkün bütün körpüləri yandırır.

Ümumiyyətlə, açıq görünən budur ki, bu hesabat
heç  bir qanuna, məntiqə, siyasi əxlaqa əsaslanmır
və Dövlət Departamentinin nüfuzuna ciddi zərbə vurur. 

Vəkil Ə.Talıbovun məktubunda bir çox sahələrə, o cümlədən
demokratik dəyərlərə və insan haqlarını qoruyan konvensiyalara və qanunlara
hörmət olunmasının zəruriliyinə toxunulur. Əgər qanunların aliliyi bu qədər
vacibdirsə, hansı səbəblərdən həmin məktubda bir kəlmə olsun belə vəkil müvəkkilinin
bir müddət öncə nə qədər təcüblü olsa belə gizli səs yazısı ilə həbsə aldırdığı
baş redaktorla bağlı qərəzliliyə, siyasi əqidəyə görə ayrı-seçkiliyə yol verilməsi, demokratik dəyərlərə və onun haqlarını
qoruyan konvensiyalara və qanunlara hörmət olunmamasından yazmır.

Hörmətli vəkil əgər həqiqətən de məktubda qeyd
etdiyiniz kimi, Azərbaycan dövlətinin nüfuzuna kölgə salmaqda ittiham olunmalı
biriləri varsa, bunlar heç kimdən çəkinmədən insanları günün günorta çağı
oğurlayanlardır, on ildir bu cinayəti açmayanlardır, cinayətlərinin nümunəsi
beynəlxalq aləmdə görünməyən, mandat alverçiləridir.

Bu məktubda yeganə təqdirə laiq bir fikir varsa, o
da sizin tərəfinizdən beynəlxalq təşkilatlar, xüsusilə ABŞ Dövlət Departamenti
qarşısında Torpaqlarımızın işğal olunması, 1 milyona yaxın vətəndaşın öz vətənində
qaçqın olması, bu yaxınlarda 22 ili qeyd edilən “Xocalı faciəsi məsələsini bir
daha qaldırılmasıdır, amma bir şərtlə, qətiyyən hər bir azərbaycanlı üçün son dərəcə
ağrılı olan bu cümlələrə,  “təqsiri
olmayan Gülər Əhmədova” absurd xarakterli fikirlərinizi əlavə etməyin. Əks
halda məktubu ünvanladığınız  ABŞ Dövlət
Departamenti, digər beynəlxalq təşkilatlar sizi düzgün başa düşməzlər.

Mahir
Abdullayevin Hüquqlarının müdafiə komitəsinin üzvü Aslan Rəsulzadə

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5000

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031