Söyün Sadıqov: "Yanukoviç "siyasi ölüdür"

11.03.2014 - 16:21

Söyün Sadıqov: “Yanukoviç “siyasi ölüdür”

“Viktor Yanukoviç jurnalistlər üçün 10 dəqiqə davam edən açıqlamasında özünü Ukraynanın yeganə legitim hakimiyyəti və ali baş komandanı olduğunu bildirib. Ən təəccüblüsü isə o idi ki, Yanukoviç bir dəfə də olsun Krım haqqında, yaxud Ukraynanın digər regionları haqqında danışmadı. Hesab edirəm ki, Ukraynada Yanukoviçdən başqa açıqlama gözləyirdilər, təbii ki, əgər orda hələ də ondan açıqlama gözləyən kimsə var idisə”. Modern.az-ın məlumatına görə, bunu Rusiyada yaşayan azərbaycanlı oliqarx, prezident Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov V. Yanukoviçin son bəyanatını şərh edərkən bildirib.
S. Sadıqov Yanukoviçin siyasətçi kimi, artıq məhv olduğunu, amma siyasətdə hələ də ondan alət kimi istifadə olunacağını vurğulayıb: “Yanukoviç artıq siyasi ölüdür, amma ondan siyasətdə alət kimi istifadə edəcəklər. Qorxuram ki, ondan Ali Baş Komandan kimi istifadə etsinlər. Yanukoviçdən həmçinin bizim siyasətçilər də istifadə edəcək. Əsas odur ki, onlar ölkəni dalana sürükləməsinlər. Yanukoviç siyasətə qayıda bilməyəcək, ancaq onun adından istifadə edilərək ciddi siyasi addımlar atılacaq. Əsas məsələ də bundadır”. 
Qeyd edək ki, S. Sadıqov Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzərRos”) təsisçisidir. Təşkilatın Ağsaqqallar Şurasının sədri olan Abbas Abbasov bir müddət əvvəl verdiyi açıqlamada Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasəti dəstəkləmişdi.  “Ukraynadakı gərginliyi qızışdıran Qərb siyasətçiləri Rusiyanın baş verənlərə bu cür reaksiya verəcəyini, bütün gücü ilə öz maraqlarını müdafiə edəcəyini gözləmirdilər. Rusiya Prezidenti Vladimir Putinin mövqeyi aydın və bizim hamımıza yaxındır. Həmvətənlərini, qardaş Ukrayna xalqını millətçilərin basqısından və özbaşınalığından müdafiə edən Rusiyanı heç bir qüvvə dayandıra bilməz”. 
S.Sadıqovun indi Rusiyanın dəstəklədiyi Yanukoviçi “siyasi ölü” adlandırması maraqlıdır…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5001

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829