Elşad Abdullayevdən Gülər Əhmədova ilə bağlı ilginc müraciət…

12.03.2014 - 10:24

Elşad Abdullayevdən Gülər Əhmədova ilə bağlı ilginc müraciət…

“İndiyədək Gülər Əhmədovanın həbs olunmasını istəmirdim, amma indi…”; “Onun həyatı üçün ən təhlükəsiz yer istintaq təcridxanasıdır” 
ABU-nun sabiq rektoru, hazırda Fransada olan Elşad Abdullayevdən çoxdandır ki, səs-səmir yox idi. Martın 11-də E.Abdullayev “Yeni Müsavat” qəzetinin redaksiyasına yeni müraciət yollayıb. Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanlanan müraciətdə E.Abdullayev hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovadan bəhs edib. 
E.Abdullayev bildirib ki, G.Əhmədovanın ittiham olunduğu maddələr üzrə həbs cəzası qanunvericilikdə 7 ildən 12 ilə kimi nəzərdə tutulsa da, ona qarşı humanist davranılıb: “Gülər Əhmədovaya qarşı bu cür “humanistliyin” nəyə söykənməsini mən gözəl başa düşürəm.
Elşad Abdullayevdən Gülər Əhmədova ilə bağlı ilginc müraciət…
Bu onun himayədarlarının güclü olması və prokurorluğun onların qarşısındakı acizliyinizin nəticəsidir
Çox uzağa getmək lazım deyil. Elə bu yaxınlarda səsli-küylü istintaq ilə bağlı məsələdə prokurorluğun tutduğu “prinsipial” mövqe göstərdi ki, prokurorluğa göstəriş olanda humanistlik yaddan çıxır. Ağına-bozuna, başlıcası isə, qanunlara baxmadan kimi desələr həbs edə bilərlər. Hesab edirəm ki, məhz Prokurorluğun “humanistliyndən” ruhlanan Gülər Əhmədova qol qanad açıb mənim üstümə şığıyır, hətta məni təhqir edir”.
E.Abdullayev müraciətində R.Rzayevə onunla bir yerdə oxumasını və hüquqşünas olmasını xatırladıb: “Mən Gülər Əhmədovadan fərqli olaraq onun indiki statusunu, yəni iş üzrə təqsirləndirilən şəxs olmasının nə demək olduğunu gözəl başa düşürəm. Ona da məsləhət görərdim ki, boş-boş şər və böhtan dolu danışmaqdansa özünə ağıllı vəkillər tutub onlardan bu barədə məsləhət alsın. Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 
Bu o deməkdir ki, prokurorluqda, məhkəmə orqanlarında Gülər Əhmədovaya ittiham elan etmək üçün kifayət qədər sübut var və bu təkcə mənim göndərdiyim video deyil. Eyni zamanda bu o deməkdir ki, prokurorluq Gülər Əhmədovanın dələduzluq yolu ilə mənə məxsus olan pulu ələ keçirməyini sübut etmişdir. 
Belə olan təqdirdə prokurorluq bu işdə məni zərərçəkmiş şəxs kimi tanımalıdır. Lakin mən bu barədə şəxsən Sizə yazılı müraciət etməyimə baxmayaraq indiyə kimi zərərçəkmiş şəxs kimi tanınmamışam. Bu da mənim hüquqlarımın kobud pozuntusudur. Mən hüquqi cəhətdən tanınmasam da, faktiki olaraq bu işdə zərərçəkmiş şəxs kimi indiyədək Gülər Əhmədovanın həbs olunmasını istəmirdim. Çünki başa düşürəm ki, o bu işdə əsas fiqur deyil, o da kiminsə əlində alət olmuşdur. Lakin indi zərərçəkmiş şəxs kimi onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq obyektiv və düzgün məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edirəm”.
Elşad Abdullayevdən Gülər Əhmədova ilə bağlı ilginc müraciət…
Sabiq rektor G.Əhmədova ilə bağlı fikrinin dəyişməsinə bir neçə səbəb olduğunu dedi
Onun sözlərinə görə, səbəblərdən biri G.Əhmədovanın da Sevinc Babayeva kimi aradan götürülməsinin qarşısını almaqdır: “Çünki bu gün Gülər Əhmədovanın həyatı üçün ən təhlükəsiz yer istintaq təcridxanasıdır. Digər səbəblər isə onun mənə vurduğu maddi ziyanı indiyə kimi ödəməməsi, yəni pulumu qaytarmaması, istintaqda səmimi olmaması, yalan ifadələr verməsi, istintaqdan yayınmağa cəhd etməsi və nəhayət barəmdə səsləndirdiyi təhqiramiz ifadələrdir. 
Ərizəmin məhkəmə orqanlarında qanuni həllini tapacağına ümid edərək, hələ ki, cənab Prezidentə müraciət etmirəm. Yuxarıda yazdıqlarıma əsasən Sizdən xahiş edirəm ki, iş üzrə mənim zərərçəkmiş şəxs kimi tanınmağım, bu cinayət işi üzrə ədalət mühakiməsini istintaqın obyektiv və müstəqil hakimlərə tapşırılması və Gülər Əhmədova barəsində obyektiv və qərəzsiz məhkəmə məsuliyyəti tədbiri seçilməsinə köməklik edəsiniz”.
Elşad Abdullayevdən Gülər Əhmədova ilə bağlı ilginc müraciət…
Mahir oğurlanana qədər 05 oktyabr 2003 il tarixində “Yaşıl Ada” restoranında Arzu Kazımovla müğənni Mətanət İsgəndərli və ikinci arvadı müğənni İradə İlkinlə Mahirə “Müğənni Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı təhdidedici məqaləsini verərək 2 milyon $ tələb etmişdir, o, isə müğənni Mətanət İsgəndərlinin evindən oğurlanan günü 600 min $ vermişdir, buna qane olmayan paqonlu-banditlər müğənni Mətanət İsgəndərlinin evində Mahirlə dava salmışlar, pulun qalanını da tələb etmişlər. Məlumdur ki, biznesmen-deputat Gülər Əhmədovanın 600 $-a ehtiyacı yoxdur və belə durumda gəlib məndən 600 $ tələb edir, sadəcə olaraq 600 min $-ın necə əldə etməyin yollarını düşünürdü. Birdə ki, zərərçəkmişin temperaturunu bilmək istəyirdi “.
Elşad Abdullayevdən Gülər Əhmədova ilə bağlı ilginc müraciət…
E.Abdullayev onu da yazıb ki, G.Əhmədova və S.Babayeva ilə söhbət edib onları yola salandan sonra ABU rektorluğunun qəbul otağında ilk dəfə gördüyüm, hazırda həbsdə olan Arzu Kazımovun vasitəçisi Rövşanə Əliyeva da onunla görüşmək üçün israr edirdi: “Rövşanə Əliyeva bir necə gün gəlib getdikdən sonra mənə bildirdi ki, Sizinlə Mahirlə bağlı söhbət etmək istəyirəm və ilk dəfə olaraq həmin günü məni Arzu Kazımovla görüşdürdü “
Sabiq rektor müraciətində daha öncə Prezident Aparatında baş tutan görüşü barədə yazdığı detalları bir daha təkrarlayıb. Eyni zamanda bildirib ki, faktiki olaraq G.Əhmədova onun deputat keçməsinə maneçilik törədib: ” Mən deputat keçdim, MSK və KİV-lər mənim deputat keçməyimi elan etdi. Fakt budur ki, Gülər Əhmədova mənim deputat keçməyimə maneçilik etmək məqsədi ilə mənə “köməklik” etmişdir “.
Deputat mandatına görə ondan 2 milyon dolların necə alınmasını növbəti dəfə təfərrüatı ilə yazan E. Abdullayev sonda Ali Məhkəmə sədrindən zərərçəkmiş şəxs kimi tanınması barədə vəsatətini qanuna müvafiq qaydada həll etməsini tələb edib.
E.Abdullayev müraciətində qardaşı Mahirin oğurlanması ilə bağlı bəzi yeni detallar da açıqlayıb. Onun yazdığına görə, qardaşı oğurlanandan bir gün sonra, 14 oktyabr 2003-cü ildə G.Əhmədova ilə S.Babayevanın onun iş otağına gəlməsi təsadüf deyil və burda bir neçə “kod” var: “Gülər Əhmədova ov şikarı üstünə gəlmiş ovcu kimi məni təhdid edib üstümə gələrək bildirdi ki, Mahirin mənə 600 dollar borcu vardır.
Mən Gülər Əhmədovaya bildirdim ki, heç narahat olmayın əgər qardaşım Mahir mənə bildirsə ki, sənə 600 $ borcu var şəxsən mən həmin pulu özüm sənə qaytaracağam. Gülər Əhmədovanın bu 600 $ eyhamını mən Əli Zəngilanskinin video-görüntülərində dediyi kimi, Mahiri müğənni Mətanət İsgəndərlinin evindən DİN-in Banditizm İdarəsinə aparılan günü onun əl sumkasından 600 min dolların götürülməsi kimi başa düşürəm.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5008

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031