Aqil Abbasın oğlunun döydüyü mayordan yeni açıqlama- "…bu haqsızlıq yerdə qalmayacaq"

12.03.2014 - 10:31

Aqil Abbasın oğlunun döydüyü mayordan yeni açıqlama- “…bu haqsızlıq yerdə qalmayacaq”

“Bu cür kobudluğa və ədalətsizliyə heç vaxt göz yuma bilmərəm”.”Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi, deputat Aqil Abbasın oğlu Tuncay Abbasov tərəfindən döyülən, polis mayoru Bağır Səlimov deyib. O bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Bakı şəhər Baş Polis İdarəsinin rəhbər şəxsləri və generallar məlumatlandırılıblar: “Baş verən hadisə ilə əlaqədar nazirlik və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində araşdırma aparılıb, bəzi şəxslər dindirilib və video görüntülər götürülüb”.
Polis mayoru deyib ki, pozulmuş hüququnun bərpasının təmin olunmasında israrlıdır: “Mən müharibə iştirakçısıyam və Azərbaycanın ərazi bütövlüyü uğrunda canımı fəda edən insanlardanam. Hər zaman da əziyyətimin, zəhmətimin hesabına yaşamışam və heç zaman vəzifə səlahiyyətlərindən sui-istifadə etməmişəm. Daim daşıdığım vəzifənin məsuliyyətini dərk etmişəm. İnanıram ki, bu haqsızlıq yerdə qalmayacaq”.
B. Səlimov ümidlidir ki, bu məsələyə qanunvericilik çərçivəsində aydınlıq gətiriləcək.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən də reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, sözü gedən məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılır. O, nədənsə rəisin öz əməkdaşını döyməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını deyib.
Bundan başqa, millət vəkili Aqil Abbas da AzNews.az-a açıqlamasında döymə faktını təkzib edib: “Bu informasiya kökündən yalandır. Mənim oğlum adam döyəndi?”
Yerigəlmişkən, onu da qeyd edək ki, Tuncay Abbasov müharibə veteranı olan mayoru döyəndən sonra belə deyib: “Mən nazirin qucağında böyümüşəm, mənə heç kim heç nə edə bilməz”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5009

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031