Nüşabə Ələsgərliyə ağır itki
Müğənni Nüşabə Ələsgərlinin bacısı vəfat edib.
Axar.az xəbər verir ki, dünən gecə saatlarında müğənni Nüşabə Ələsgərli bacısını itirib.
O, bu haqda rəsmi İnstaqram səhifəsində məlumat verib.
“Gözəl bacım, əlvida! Bacı anama və atama salam de. Sən də getdin onların yanına…”.
Qeyd edək ki, müğənni Nüşabə Ələsgərlinin bacısı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Müğənni 2 ay öncə anasını da itirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=50129