"Sahil" ticarət mərkəzində şiddətli yanğın: xəsarət alanlar var

12.03.2014 - 11:33

“Sahil” ticarət mərkəzində şiddətli yanğın: xəsarət alanlar var 

Bu gün səhər saat 10 radələrində “Sahil” ticarət mərkəzində güclü yanğın baş verib.
APA-nın məlumatına görə, ticarət mərkəzinin üçüncü mərtəbəsində qeydə alınıb.
 
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
 
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
Lent.az-ın məlumatına görə, Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin bir briqadası da hadisə yerinə cəlb edilib. Yanğının baş verdiyi binadan sakinlərin, ticarət mərkəzinin işçilərinin və Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının təxliyəsi artıq başa çatdırılıb. İki nəfərə özünü pis hiss etdiyi üçün tibbi yardım göstərilib.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar binanın altında, metronun “Sahil” stansiyasının giriş-çıxışı müvəqqəti bağlanıb.
Musavat.com-un hadisə yerində olan reportyorunun verdiyi xəbərə görə, külək əsdiyi üçün yanğın daha da şiddətlənib və on ram etmək çətinləşib.Yanğın yerinə 8 yanğınsöndürən maşın cəlb edilib, ancaq onlardan cəmi bir neçəsi işləkdir. Yanğın əsasən binanın 3-cü mərtəbəsindədir.
Əməkdaşımızın dediyinə görə, binanın küçəyə baxan yanğın müəyyən dərəcədə lokallaşdırılsa da, binanın arxa tərəfindəki yanğın daha şiddətlidir: “Üstəlik, yelçəkər olub deyə yanğın ramedilməz şəkil alıb, artıq binanın üçüncü mərtəbəsinin 90 faizi yanıb. Mətbuat nümayəndələrini binanın arxa tərəfinə buraxmırlar. Ətrafdakı bütün ticarət və iaşə müəssisələri bağlanıb. Yanğınla mübarizə davam edir”.
Reportyorumun saat 11.05-də verdiyi xəbərə görə, binanın hər iki tərəfində yanğın demək olar ki, söndürülüb: “Binanın tüstülənməsi davam edir. Yanğınsöndürənlər yanğın ocaqlarının yenidən alovlanmaması üçün tədbirlər görürlər. Hazırda “Sahil” metrostansiyası fəaliyyətini dayandırıb. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gəlib və ümumi rəhbərlik həyata keçirir”.
Musavat.com-un müxbirinin verdiyi xəbərə görə, binanın arxa hissəsində yanğın yenidən şiddətlənib və hələlik onu söndürmək mümkün olmayıb. Daha bir məlumata görə, binadan yanğın zamanı yüngül xəsarət almış bir əcnəbi vətəndaş çıxarıblar.
E. Mirzəyev APA-nın hadisə yerində olan əməkdaşına açıqlamasında hadisənin başvermə səbəblərinin hələlik məlum olmadığını deyib. Nazir müavini yanğının səbəblərinin araşdırmalardan sonra bəlli olacağını vurğulayıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5014

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031