İcra başçısı "daşdan pul çıxardır"

12.03.2014 - 11:59

İcra başçısı “daşdan pul çıxardır”

Eldar Əzizov səkiləri sahibkarların pulu hesabına abadlaşdırır
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərin mərkəzi küçələrindəki səkiləri sahibkarların şəxsi vəsaiti hesabına abadlaşdırır. Bu barədə Moderator.az-ı Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, icra başçısı bunun üçün maraqlı qayda müəyyənləşdirib:
“İcra başçısının səkilərin abadlaşdırılması prosesinə rəhbərlik edən səlahiyyətli nümayəndəsi elan edib ki, hər bir sahibkarın ödəyəcəyi vəsait onun obyekti ilə həmsərhəd olan səkinin uzunluğundan asılıdır. Yəni obyekt nə qədər böyükdürsə və o səki ilə nə qədər çox təmas edirsə, bir o qədər çox vəsait ödəməlidir. Artıq bir çox sahibkar icra başçısının “mütərəqqi” bölgü sistemi əsasında xeyli miqdarda pul sərf edib ki, bu da bəzi xırda sahibkarların banklara üz tutması ilə nəticələnib.
Sahibkarları narazı salan digər bir məqam isə səkilərin abadlığı üçün tələb edilən pulun təmir-abadlıq prosesi üçün tələb olunan vəsaitin maya dəyərindən bir neçə dəfə çox olmasıdır. Belə ki, səkilərə bir kvadratmetri cəmi 2 manat olan sadə daşların döşənməsi üçün 50 manat pul tələb olunur ki, bu da 10 kvadrat metr üçün 500, yüz kvadrat metr səki üçün 5000 manat pul deməkdir. Bu isə heç də bütün sahibkarlar üçün əlçatan məbləğ deyil”.
Mənbənin məlumatına görə, pul ödəməkdən imtina edən sahibkarların sərt şəkildə cəzalandırılacağı hər kəsə bəlli bir həqiqət olduğundan, hələlik icra başçısının bu tələbinə açıq şəkildə qarşı çıxan, pul ödəməkdən imtina edən sahibkara rast gəlinməyib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5015

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930