Azərbaycana gətirilən avtomobillərin sayı 2,4 dəfə azalıb
2015-ci il ərzində Azərbaycana 26785 ədəd avtomobil idxal olunub. Bu göstərici 2014-cü illə müqayisədə 36 583 avtomobil və 2,4 dəfə azdır.
Cümhuriyyət.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ölkəyə gətirilən avtomobillərin 816 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 23765 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1961 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 243 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Short URL: http://www.cumhuriyyet.net/?p=50183