“Azərbaycan cəmiyyətində ermənilərlə bir yerdə yaşamaq potensialı var”

22.01.2016 - 12:16

kamal-abdulla“Azərbaycanda erməni fobiyasının olmamasını artıq dünya başa düşməkdədir”.

Trend bildirir ki, bunu Azərbaycan prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib.

K.Abdulla qeyd edib ki, erməni fobiyasının olmamasını konkret əməllərlə dünyaya göstərmək lazımdır: “Xalq diplomatiyası çərçivəsində Bakıya gələn ermənilər erməni kilsəsində erməni dilində kitabların, materialların səliqə-səhmanla qorunub saxlanıldığını görəndə təəccüblənmişdilər. Erməni fobiyasının olmamasını biz hər addımımızda dünyaya bəyan etməklə deyil, konkret işimizlə göstərməliyik. Bizim hətta erməni olan Azərbaycan vətəndaşları var”.

Dövlət müşaviri qeyd edib ki, Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var: “Münaqişənin sülh yolu ilə həll olunması məsələsi bitməyib. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Azərbaycan cəmiyyətində ermənilərlə bir yerdə yaşamaq potensialı var”.

K.Abdulla qeyd edib ki, hazırda multikulturalizm ənənələrinin yayılması istiqamətində aparılan işlərdən biri də Azərbaycanda 1993-94-cü il hadisələrinin təkrarlanmasına imkan verməməkdir: “Tolerantlıq ənənələrinin dərinləşməsi insanların bir-birinə olan münasibətlərinə təsir göstərir. Eyni dinə aid olan insanlar arasında xoş münasibətlər yaranmalıdır. Multikulturalizm hədəfləri də yalnız müxtəliflikıər arasında deyil, eyniliklər arasında da xoş münasibətlərin yaranmasına imkan verməkdir. Multikulturalizm ideyaları həm də azərbaycançılıq ideyalarını təbliğ edən bir çətirdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=50208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728