Füzulililər Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər

22.01.2016 - 11:30

horadizPrezident cənab İlham Əliyevin əmək haqlarının, pensiyaların, Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin təqaüdlərin, həmçinin məcburi köçkünlərə dövlət tərəfindən verilən yeməkxərci müavinətinin artırılması barədə imzaladığı Fərman və Sərəncamlar bütün respublikada olduğu kimi, cəbhə bölgəsində yerləşən füzulili məcburi köçkünlərin də sevincinə səbəb olub. Füzulililər ölkə başçısının şəhid və Milli Qəhrəman ailələrinin, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların həyat şəraitinin daha da yüksəldilməsi ilə bağlı verdiyi Sərəncamı yüksək qiymətləndirir, buna görə minnətdarlıqlarını bildirirlər.
Qeyd edirlər ki, Prezident cənab İlham Əliyevin gərgin və yorulmaz fəaliyyəti, apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Milli Qəhrəman və şəhid ailələrinin, Qarabag müharibəsi əlillərinin, imtiyazlı ailələrin, məcburi köçkünlərin mütəmadi olaraq əmək haqlarının, pensiyaların və yeməkxərci müavinətlərinin artırılması xalqımıza olan yüksək qayğı və diqqətinin nəticəsidir.
Bütün Azərbaycan xalqı kimi Füzuli rayonundan olan məcburi köçkünlər də Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, onu sevir, ona inanır və dəstəkləyirlər. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük nailiyyətlərlə fəxr edir, qürur hissi keçirirlər. Füzulililər fəxr edirlər ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır. Onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!

Short URL: http://www.cumhuriyyet.net/?p=50209

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728