Metro ticarətçiləri yolu bağladı, polis onları döydü

12.03.2014 - 14:10

Metro ticarətçiləri yolu bağladı, polis onları döydü

Bu gün metro tunellərinin giriş-çıxışında ticarətlə məşğul şəxslər yenidən aksiya keçirməyə cəhd göstəriblər. 
  
Əməkdaşımızın verdiyi xəbərə görə, “Elmlər Akademiyası” metrostansiyasının ətrafından toplaşmağa çalışan etirazçılar polis qüvvələri tərəfində uzaqlaşdırılıb. Polislərə Yasamal rayon Polis İdarəsinin rəisi rəhbərlik edib.
Reportyorumuzun verdiyi xəbərə görə, etiraz edən ticarəçilərin Metropoliten rəhbərliyi ilə görüşdə olan nümayəndələrinə bildirilib ki, martın 27-nə qədər onların obyektlərinə toxunulmayacaq, ancaq ondan sonra obyektlərin tam əksəriyyəti söküləcək, yalnız suvenir satan köşklər saxlanılacaq.
Ticarətçilər isə əməkdaşımıza bildiriblər ki, günahın hamısı Tağı Əhmədovun “Qara Qarayev” stansiyasında rəis müavini işləyən qohumu Şövqidədir, məhz o, tocarətçiolərdən külli miqdarda pul yığıb, indi də ortalıqda görünmür.
Əməkdaşımızın verdiyi xəbərə görə, Metropoliten rəhbərliyinin qaneedici olmayan cavabından hiddətlənən metro ticarətçiləri “Elmlər Akademiyası”nın qarşısında yolu kəsiblər. Polis qüvvələri hücum edərək onları döyüb və sıxışdıraraq yolu açıb, beş-altı nəfəri bölməyə aparıblar.
 
Xatırladaq ki, metro stansiyalarında ticarətin ləğv olunmasıyla bağlı Metropoliten İdarəsi ilə ticarətçilər arasında konflikt yaşanır. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5022

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930