Xədicə İsmayılova istintaqda saxlanıldı

12.03.2014 - 14:34

Xədicə İsmayılova istintaqda saxlanıldı

Bu gün saat 10 da jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır cinayətlər dair işlər üzrə istintaq idarəsinə növbəti dəfə çağrılıb
Jurnalist vəkili Elton Quliyevlə istinaq idarəsinə gedən jurnalistən 2 saatdan artıqdır ki, heç bir xəbər almaq mümkün olmayıb. Hazırda Xədicə İsmayılovaya dəstək nümayiş göstərmək üçün bir neçə jurnalist həmkarı İstintaq idarəsinin qarşısına toplaşıb. Hazırda Xədicə İsmayılovanın nə özü ilə, nə də vəkili ilə əlaqə yaratmaq mümkün olmur. Qeyd edək ki, Xədicə İsmayıl fevralın 17-də öz “Facebook” səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Jurnalist bu sənədin sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir.
MTN-nin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Daha sonra dindirilmə zamanı jurnalistə “Art Garden” restoranında əcnəbilərlə keçirilən görüşlə bağlı suallar verilib. Bu arada deputat Ceyhun Osmanlı öz facebook profilində prokurorluğa sözü gedən restoranda jurnalsitin amerikalılarla söhbətini əks etdirən audio yazı təqdim etdiyi yazıb.
Bundan əvvəl jurnalistin email-nə baxış keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5023

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930