Sərdar Cəlaloğlu nurçulara görə Şeyxin idarəsini "yıxıb-sürüdü"

12.03.2014 - 15:04

Sərdar Cəlaloğlu nurçulara görə Şeyxin idarəsini “yıxıb-sürüdü”

“Azərbaycanda dinin təşkilatlanmasına konseptual olaraq yenidən yanaşılmalıdır” 
“Nurçular dünya ağalığına nail olmaq istəyir. Amma Azərbaycanda nurçu təriqətinin fəaliyyət göstərməsi üçün münbit şəraitin olması da göz qabağındadır”.
Virtualaz.org bildirir ki, bunu modern.az-a ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda  Fəthullah Gülənə məxsus nurçu camaatının fəaliyyətini şərh edərkən deyib. O bildirib ki, nurçuların cəmiyyətin müxtəlif təbəqələrinə, dövlət strukturlarına nüfuz etməsinin səbəblərindən biri də Azərbaycanda ənənəvi təriqətləri təmsil edənlərin fəaliyyətsizliyidir. ADP sədrinin sözlərinə görə, ölkəmizin 20 ildən çoxdur müstəqillik əldə etməsinə baxmayaraq, ortaya normal din xadimi çıxmayıb: “Yaxud, din xadimləri o dərəcədə siyasiləşib ki, onlar hakimiyyətin sifarişlərini yerinə yetirməkdən uzağa gedə bilmirlər. Buna görə də həmin din xadimləri xalqdan ayrı düşürlər, xalq isə başqa-başqa təriqətlərin təsiri altına düşür. Azərbaycan televiziyalarında din mövzusunda verilişlər olduqca azdır. Olanlar da xalq kütlələrinin ruhuna işləmir. Azərbaycanda dini təbliğat yox səviyyəsindədir. Başqa-başqa təriqətlər, o cümlədən nurçuluğun nümayəndələri isə tam fərqli şəkildə, sanballı, əhatəli təbliğatlarını aparırlar”.
Partiya rəhbəri hesab edir ki, Azərbaycanda nurçular heç də özlərinin dedikləri kimi dini təbliğatla məşğul deyillər: “Fəthullah Gülən şəbəkəsinə aid qruplar yalnız təhsil sahəsində aktiv deyillər”,
Cəlaloğlunun sözlərinə görə, nurçuluqla müqayisədə Azərbaycandakı digər ənənəvi din mühitinin təbliğatçıları normal fəaliyyət göstərmir: “Ona görə də nurçuluq, vəhhabilik və xristian təriqətləri Azərbaycanda yaxşı inkişaf edib. Azərbaycanda dinin təşkilatlanmasına konseptual olaraq yenidən yanaşmalıyıq”, – deyən S. Cəlaloğlu Qafqaz Müsəlmanları İdarəsini də işin öhdəsindən gəlməməkdə ittiham edib. Onun fikrincə, nurçuların əsas hədəfləri elitar siyasətə hesablanıb: “Nurçuluq mason tipli bir təriqətdir. Türkiyədə olduğu kimi Azərbaycanda da eynilə yazıçılar, sənət adamları, siyasətçilər, deputatlar, nazirlər arasında nurçular var. Bir də görürsən ki, elə də siyasi çəkisi olmayan bir adam gəlib deputat, nazir müavini olur.
Araşdıranda görmək olar ki, belə adamların Azərbaycan şərtlərində ölkəyə gəlməsi kənar təsir olmadan mümkün deyil…”.
S. Cəlaloğlu nurçu camaatın Azərbaycan müxalifətində olması ehtimalından danışıb. O bildirib ki, belə bir hal istisna deyil: “Onlar üçün kimin müxalifətdə, kimin iqtidarda olmasının önəmi yoxdur. Əlimdə konkret fakt yoxdur. Amma nurçuların Azərbaycan müxalifətində bəzi adamlara dəstək verməsi ehtimalı güclüdür”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5024

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031