Vəzifədən qovulan vitse-admiralı tutacaqlar

12.03.2014 - 16:47

Vəzifədən qovulan vitse-admiralı tutacaqlar

Şahin Sultanov zabitlərin ev puluna əl uzatdığı üçün vəzifədən alınıb; onun suç ortağı bir qədər əvvəl tutulub; onun təxminən 3 milyon manat mənimsəməsi xəbəri var
2 gün öncə prezident sərəncamı ilə vəzifəsindən alınan Hərbi Dəniz Qüvvələrinin vitse-admiral Şahin Sultanov danışıb. O, işdən işdən çıxarılmasını APA-ya belə şərh edib: “Belə məsləhət imiş, belə də oldu. Bu barədə heç nə danışmaq istəmirəm”. O, ölkə başçısının sərəncamına əlavə şərh vermək istəmədiyini qeyd edib.
 Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb. 
“Şahin Sultanovun vəzifədən çıxarılması gözlənilən idi. Vitse-admiral ona göstərilən etimadı doğrultmayıb” – bu sözləri  “Yeni Müsavat”a Müdafiə Nazirliyindəki mənbə deyib. Əlavə edib ki, vitse-admiralın işdən qovulmasında Dövlət Bayraq Meydanı ətrafında yaranan korrupsiya qalmaqalı və həmin qalmaqalda mərkəzi fiqur Ş.Sultanovun olması həlledici rol oynayıb.  
Qeyd edək ki, Dövlət Bayraq Meydanın yerləşdiyi ərazidə vaxtilə 28 hərbiçi ailəsinin yaşadığı mənzillər vardı. Həmin mənzillərin sökülməsinə və oradakı zabit ailələrinin yeni mənzillə təmin olunmalarına dövlət büdcəsindən 2 milyon manat ayrılmışdı. Lakin Ş.Sultanov hərbçi ailələrinə 10 min manat verməklə işini bitmiş hesab etmişdi. Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov bu faktları ictimailəşdirəndən sonra Şahin Sultanov onun həbsinə nail olub. Qondarma ittihamlarla tutulan Bəxtiyar Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bir müddət əvvəl onun həyat yoldaşı Mehriban Məmmədova müdafiə naziri Zakir Həsənova açıq məktub yazmışdı.  Xanım Məmmədova məktubunda yazırdı: “Həyat yoldaşım Bəxtiyar Məmmədov MN-nin hərbi hissə komandiri, vitse-admiral Şahin Sultanovun sifarisi əsasinda həbs olunub, sonradan 8 il müddətinə azadlıqdan məhrum edilib. 19 iyul 2012-cil tarixində vətəndaş Hacıyev Elxan Ənvər oqlu Bakı Ağır Cinayətiər Məhkəməsində verdiyi ifadədə dövlətin sakinlərə kompensasiya şəklində ayırdıqı 2 milyon manat pul vəsaitini Şahin Sultanovla birqə mənimsədiklərini etiraf etdi. “Bəli biz Şahin Sultanovla dövlətin ayırdığı 2 milyon pulu almışıq, bu puldan hər ailəyə 10 min manat vermişik və qalan pula Puta qəsəbəsində evlər tikirik” – dedi. Putada başlanılmış tikinti işlərini “Azenko” şirkəti həyata keçirir ki, bunun da hərbi hissəyə heç bir aidiyyatı yoxdur. Şahin Sultanov faktiki olaraq Elxan Hacıyevlə birgə dövlətin hərbçi ailələrinə plana düşmüş mənzilləri əvəzində ayırdığı kompensasiyanı mənimsəyiblər. Bu fakt Bəxtiyar Məmmədovun vəkillərinin sorğusuna “Azenco” ASC tərəfindən verilmiş rəsmi cavabla da təsdiqlənib. 
Bütün bunlar bir daha təsdiq edir ki həyat yoldaşım bu məsələni qaldırdığına və ictimailəşdirdiyinə görə Şahin Sultanov tərəfindən cinayət əməllərini ört-basdır etmək üçün şərlənərək tutdurulub”.
Məktub müəllifi yazırdı ki, ərazidə baş verənlərlə bağlı MN-nin Hüquq İdarəsinə ünvanlanan məktublara cavablarda “Azəryolservis”ə müraciət edilməli olduğu vurğulanır: “Belə olduğu təqdirdə Şahin Sultanov hansı əsasla qollarını çırmalayıb meydana atılmışdı? Nə üçün sakiniəri məcburi şəkildə evlərindən o çıxarırdı? Niyə onlara evlərinin dəyəri deyil, cəmisi 10 min manat pul paylayırdı? Onun nə maddi marağı vardı? Və yaxud MN Hüquq İdarəsi qanunun tələbini bilmirdi? Bunun üçün 2 il vaxt lazım idi? Bilmirdi ki, bu işlərin Şahin Sultanova aidiyyatı yoxdur? Səfər Əbiyevin işdən getməsi ərəfəsində qanun yadlarına düşdü?
Bu Şahin Sultanovun törətdiyi yeganə korrupsiya faktı deyil. Bayraq Meydanının tikintisi ilə əlaqədar hərbi hissənin köçürülməsi üçün dövlət tərəfindən ayrılmış əlavə 2 milyon manat pulun da fırıldaqçı Elxan Hacıyev və Şahin Sultanov tərəfindən mənimsənilməsi haqda məlumat var. Şahin Sultanovun Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək “kod 555 ” adı ilə tanınan fırıldaqçı dostu Elxan Hacıyevlə birgə xarici ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satısı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Səkidə, Türkiyədə villalar alması, hissənin əsgər və işçilərini bu villarada qanunsuz işlətmələri, işçiləri rüşvətlə vəzifələrə təyin etmələri, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması və s. kimi saysız – hesabsız cinayətləri barədə dəfələrlə materiallar dərc olunub. Deyilənlərə görə hakimiyyətdəki naməlum şəxs onu himayə etdiyindən Рѕ hələ də cəzasız qalır. Nə vaxtadək? Bu işlərin bir sonu olacaq ya yox? Bu qədər cinayətlər törətmiş bir adam necə belə mühüm postda əyləşib? Fırıldaqçı Elxan Hacıyev faktiki olaraq Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 18, mənzil 2 ünvanında qeydiyyatda olmasına və yaşamasına baxmayaraq 2011-ci ilin sentyabr ayında Səbail rayonu A.Quliyev küçəsi 4a və 4b ünvanlarından məcburi şəkildə köçürülmüş sakinlərə ödəniş cədvəlinə öz adını da yazdıraraq 10 min manat pul vəsaiti alaraq faktiki olaraq cinayət törədir”.
Yada salaq ki, E.Hacıyev bu il yanvarın 24-də həbs olunub. Onun həbsindən sonra Ş.Sultanovun həbs olunacağı haqda xəbərlər də yayılmışdı. Belə görünür ki, Ş.Sultanov da yaxınlarda müstəntiqlərin suallarını cavablandırmalı olacaq. Hüquq müdafiəçisinin həyat yoldaşının nazirə yazdığı açıq məktubda vitse-admiralın azı 3 milyon manat büdcə vəsaitini mənimsəməsini söyləməyə əsas verən faktlar sadalanıb.  
Xatırladaq ki, B.Məmmədov 29 hərbiçi ailəsinə verilməli olan və dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitin Hərbi-Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanov tərəfindən mənimsənilməsini ictimailəşdirmişdi. Bundan sonra onun ələ alınmasına cəhd olunmuşdu. Bu baş tutmadıqda isə 2011-ci ilin dekabr ayının 30-da B.Məmmədov həbs olundu. Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. 2013-cü ilin fevralında isə Bakı Ağır Cinayətlər Məhkəməsi B.Məmmədovu ittiham üzrə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus, vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi ilə məşğul olan iqtisadçı Zöhrab İsmayıl və bir sıra hüquq müdafiəçiləri hesab edirlər ki, B.Məmmədov qondarma ittihamla həbs olunub: “Ona qarşı irəli sürülən ittihamlar tamamilə saxta, qurama idi, heç biri məhkəmədə təsdiqini tapmadı. Biz bunu bir sifariş hesab edirik”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5028

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930