METRO TİCARƏTÇİLƏRİNİN AKSİYASI İLƏ BAДћLI SENSASİYALI MƏLUMAT – "Sifarişçi Tağı Əhmədov, təşkilatçı Asəf Quliyevdir"
12.03.2014 - 17:28
METRO TİCARƏTÇİLƏRİNİN AKSİYASI İLƏ BAДћLI SENSASİYALI MƏLUMAT – “Sifarişçi Tağı Əhmədov, təşkilatçı Asəf Quliyevdir”

Bakıda metro tunellərinin giriş-çıxışında ticarətlə məşğul olan şəxslərin bir neçə gündür keçirdikləri aksiyaların arxasında metropolitenin keçmiş rəisi Tağı Əhmədov durur. Bu iddianı irəli sürənlər aksiyaların pərdəarxası ilə bağlı AzPolitika.info-ya sensasiyalı məlumatlar da veriblər.
Qeyd edək ki, metropolitenin yeni rəhbərliyi metro tunellərində ticarətin yığışdırılması haqda qərar verib. Bir neçə gündür ticarətçilər bu qərara etirazlarını bildirmək üçün aksiya keçirirlər. Bu ticarətin arxasında isə uzun illərdir ki, metropolitenin bu günlərdə işdən çıxarılan sabiq rəisi Tağı Əhmədov və onun yaxınları durub. Metro tunellərində ticarət hüququ əldə edənlər aylıq ödəmələrdən əlavə T.Əhmədovun yaxınlarına əvvəldən də külli miqdarda rüşvət veriblər. İndi isə onlar qarşılarında yeni rəhbərliyi görüblər və ticarətlə məşğul ola bilməyəcəkləri halda verdikləri pulları geri tələb edəcəklər. Belə olduqda isə Tağı Əhmədov böyük təhlükə ilə üzləşəcək.
Lakin etiraz aksiyaları nəticə verəcəyi, yəni ticarətin davam etməsinə şərait yaradılacağı halda T.Əhmədov bu təhlükədən müəyyən qədər sığortalana bilər. Məlumatlı mənbənin iddiasına inansaq, elə Tağı Əhmədov da bunu nəzərə alaraq aksiyaların gizli təşkilatçısı kimi çıxış edir.
Bizə verilən məlumata görə, nə qədər qəribə olsa da, bu işdə AXCP sədrinin keçmiş müavini Asəf Quliyevin Tağı Əhmədova böyük köməyi dəyir. Aksiyaların təşkilində böyük təcrübəsi olan Asəf Quliyevin Tağı Əhmədovla qohumluq münasibətlərinin olduğunu deyən mənbə əlavə edir ki, ötən il A.Quliyevin qaynanasının yas mərasimində T.Əhmədov yüksək səviyyədə iştirak edib.
Asəf Quliyevin metropoliten ticarətçilərinin bu günkü etiraz aksiyasında iştirakını sübut edən fotolar da AzPolitika.info-ya təqdim olunub.
Tağı Əhmədov və Asəf Quliyevin mövqeyini dərc etməyə hazırıq.
V.NƏSİBOV
Aksiyalarda Asəf Quliyevin iştirakını göstərən fotoları təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=5029