"İlahiyyat" məscidinin imamı Gürcüstan kəşfiyyatına işləyir?

13.03.2014 - 10:21

“İlahiyyat” məscidinin imamı Gürcüstan kəşfiyyatına işləyir?

Mülkədar adlı həmin şəxsin Hacı Salmanın yaxın adamı olduğu deyilir
İlahiyyat məscidi ətrafında daha bir skandal baş qaldırmaq üzrədir. Politika.az xəbər verir ki, həmin məscidə imamlıq edən Mülkədar adlı Gürcüstan vətəndaşının arxasında dayanaraq, namaz qılmaq istəməyənlərin sayı günbəgün artmağa başlayıb. 
Bununla bağlı yayılmış xəbərlərdə deyilir ki, məscidin əsas imamı Ceyhun isə hadisələrə müdaxilə edə bilmir. “Məscid əhli Mülkədarın arxasında namaz qılmaqdan imitna etməsi Mülkədarın camaatı aldatması ilə əlaqəli imiş. Məscid əhlı deyir ki, Mülkədər gündüzləri İranpərəst radikal şiyələrə Yasamalda, “Hüseyniyyə”də namaz qıldırır.
“Hüseyniyyə”də hətta Mülkədara
“müctəhidimiz” belə deyildiyi söylənilir. Axşamlar isə sünnilərə imamlıq edir. Bir adam necə ola bilər
ki, həm şiyə namazı qıldırır, yəni gündüzlər axund olur, axşamlar isə sünnilərə imamlıq və məsciddə imam olur”.
Yayılmış məlumatlarda Mülkədar haqqında ciddi şübhələrin yarandığı iddia olunur. “Məsciddə bəziləri hesab edir ki, o, Gürcüstan kəşfiyyatının adamıdır. Həm şiə, həm də sünniləri idarə etməsi insanları çaş-baş salıb. Onların mətniqinə görə, ancaq Gürcüstan kəşfiyyatı ilə əlaqəli ola bilən biri hər iki tərəfi idarə edəcək gücdə ola bilər”.
“İlahiyyat” Məscidinin imamı Ceyhunun isə Mülkədarla bacarmadığını dediyi vurğulanır. “Mülkədar əslində imam dura bilməz. Çünki Gürcüstan vətəndaşıdır. Amma Hacı Salman bu işə nəzarət edir və Mülkədarı da o göndərib. Sonra aydın olub ki, Mülkədar Hacı Salmanın Gürcüstandakı yaxın qohumlarındandır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5032

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031