Şeyxlə bağlı daha bir qalmaqallı məlumat yayıldı

13.03.2014 - 10:25

Şeyxlə bağlı daha bir qalmaqallı məlumat yayıldı

Allahşükür Paşazadənin Səud ailəsi tərəfindən rədd edildiyi bildirilir
QMİ sədri Hacı Allahşükür Paşazadə barəsində aparılan kompromat savaşı yenidən vüsət götürüb. Bir ara səngiyən prosesə Şeyxin son Səudiyyə Ərəbistanına səfəri ilə təkrar start verilib. 
Ötən gün Politika.az-ın elektron ünvanına Şeyxin Səudiyyə Ərəbistanına səfəri ilə bağlı daha bir məlumat elektron poçt vasitəi ilə göndərilib. Məlumat da qeyd olunur ki, Şeyxülislamın durumu heç də yaxşı deyil, onun ərəblərdən etdiyi xahişi geri çevrilib. Sitat: “Allahşükür Paşazadənin durumu yaxşı deyil. Səudiyyədə səfərdə olanda, İslam Liqasının rəhbəri Abdullah əl-Türkidən xahiş edib ki, onun küveytli iş adamı Əbdüləziz Babtinlə görüşünü təşkil etsin. 
Çünki Əbdüləziz Babtin əsli səudiyyəli olan əl-Humeydi qəbiləsindəndir. Səudiyyə dövlətində bu qəbilədən olan yüksək məmurlar hakimiyyətlə işləyir. Abdullah əl-Türki imtina edib. Şeyx Ərəbistanda yüksək dövlət məmurları ilə görüşmək istəsə də onu heç kim qəbul etməyib. Eyni zamanda Səud hakim ailəsindən Məkkə şəhərinin əmiri Faysal əl-Türki ilə də görüşmək cəhdi alınmayıb”.
Məlumatda qeyd olunur ki, Şeyxə yaxın mənbələrdən gələn xəbərdə bildirilir ki, Əbdüləziz Babtin Şeyxə verdiyi pul sənədlərini Azərbaycan hakimiyyətinə göndərməyə hazırlaşır: “Şeyx cəhd edir ki, Əbdüləziz Babtinlə görüşsün və məsələni həll etsin. Şeyxin durumu çox çətindir”.
Xatırladaq ki, bir qədər əvvəl mətbuatda yayılan məlumatlarda Şeyxülislam ərəb iş adamı Əbdüləziz Babtinin Azərbaycanda İslam Universiteti tikmək üçün ayırdığı pulları mənimsəməkdə ittiham olunurdu. QMİ sədrinin yaxınları isə bu məlumatları təkzib edirlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5033

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031