Prezidentin tapşırığına məhəl qoymayan sahibkar

13.03.2014 - 11:18

Prezidentin tapşırığına məhəl qoymayan sahibkar

Görəsən parkın ortasında göydələn tikənlərin də payı veriləcəkmi?
Prezidentin Bakı Şəhər İcra Hakimiyyəində keçirdiyi sonuncu müşavirələrin birində maraqlı olay yaşanmışdı. İlham Əliyev bildirmişdi ki, ictimai əhəmiyyətli məqsədlər üçün söküntüsü həyata keçirilmiş evlərin yerində kimlərinsə özbaşına olaraq çoxmərtəbəli bina inşa etdiyini öz gözləriylə görərək məsələnin dərhal araşdırılmasına göstəriş verib və o zaman bəlli olub ki, həmin binanı qanunsuz tikirlər. Bundan qəzəblənən dövlət başçısı isə müvafiq qurumlara tapşırıq verib ki, həmin ərköyün sahibkarın “pay”ını versinlər…
Elə həmin müşavirədəcə İlham Əliyev qəti şəkildə tapşırmışdı ki, şəhərin mərkəzində, yaxud nisbətən ətraf ərazilərdə də çoxmərtəbəli binaların tikintisinə məhdudiyyətlər qoyulsun.
 Amma Moderator.az prezidentin göstərişinə məhəl qoymayan, belə demək mümkünsə onu sabotaj edən hansısa mənzil-tikinti kooperativinin fəaliyyəti barədə informasiya əldə edərək onu yoxlayıb.
Nəticədə bəlli olub ki, Bakının Nəsimi rayonu ərazisində, metronun “20 yanvar” stansiyasının və 159 saylı orta məktəbin yaxınlığındakı istirahət parkının bir hissəsi hasarlanaraq orada hündürmərtəbəli binanın tikinisinə başlanılıb. Sakinlər bildiriblər ki, əvvəl həmin ərazi dəmir lövhələrlə əhatəyə alınanda onlara deyiblər ki, parkda yenidənqurma işləri aparılacaq, ancaq sonradan bəlli olub ki, onları aldadıblar. Üstəlik, bundan sonra müvafiq qurumlara çoxsaylı şikayətlər etsələr də heç bir nəicəsi olmayıb.
Biz həmin tikintinin fotosunu təqdim edirik və ölkə başçısının çağırışına məhəl qoymayan sahikarların kimliyini bilmək istəyirik. Ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyətində prezidentin bir müddət öncə dilə gətirdiyi tapşırıqları unutmayıblar və necə deyərələr, parkın ortasında bina tikənlərin də “pay”ın verəcəklər… 
Mövzunu diqqətdə saxlayacağıq.  

Short URL: http://www.cumhuriyyet.net/?p=5037

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031