"Şiələr nurçuların əlinə su tökə bilməz"

13.03.2014 - 13:46

“Şiələr nurçuların əlinə su tökə bilməz”

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən qonaq olduğu bir proqramda “Gülən hərəkatı”nı sərt tənqid edib və “bunlar şiələri keçmiş vəziyyətlərdir”, – deyib
Politika.az xəbər verir ki, 24 TV-nin canlı yayımında son dövrlər “Gülən hərəkatı” ilə hökumət arasında yaşanan gərginlikdən danışarkən, Baş nazir nurçularla şiələrin müqayisəsini aparıb. Təqdim etdiyimiz videonun 4:20-ci saniyəsindən sonra Ərdoğan “Gülən hərəkatı” ilə şiələri müqayisə edir: Bunların üç xisləti var Baş nazir deyib: “Bu hadisələr olduğu zaman biz bir şeyi dəqiqləşdirdik. Mən bunu bilmirdim. Bunların üç vacib xasiyyəti var: Təqiyyə, yalan, iftira. Üçünün də nəticəsində fitnə və fəsad var. Yəni belə çox rahatlıqla təqiyyə edirlər. Bunlar artıq şiəni keçmiş vəziyyətdədirlər. Şiə bunların əlinə su tökə bilməz”. Qeyd edək ki, Türkiyə millətçiləri tərəfindən Ərdoğanın nurçuları “fitnə və fəsad baxımından şiələri keçdiyi” və dolayısı ilə şiələri təhqir etdiyi ilə bağlı statuslar paylaşılır. Ancaq videonun dönə-dönə incələnməsindən sonra Ərdoğanın yalnız “təqiyyə” baxımından nurçularla şiələri müqayisə etdiyi aydınlaşır. Təqiyyə – ölüm təhlükəsi qarşısında “Allahın inkar edilməsinə” deyilir. Sünnilər ən sərt cəza və ölüm qarşılığında belə Allahın inkarını qəbul etmirlər, şiələr isə “təqliyyə edib” (Allahdan bağışlanmağı istəyib) yalandan Allahın inkar edilməsini və özünü qorumağı məqbul sayırlar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5047

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829