İstanbulda azərbaycanlı diplomat özünü güllələdi

23.01.2016 - 12:17
guleAzərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün yanvarın 22-də İstanbulda baş verib.
Diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.
Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.
İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib.
Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=50478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728