Müəllimlər İnstitutunun Həmkarlar İttifaqında total korrupsiya

13.03.2014 - 14:28

Müəllimlər İnstitutunun Həmkarlar İttifaqında total korrupsiya

Azərbaycan Müəllimlər İnstitutnda Həmkarlar İttifaqı korrupsiya bataqlığıdır. Bu barərədə Azərbaycan Müəllimlər İnstitundan PİA.AZ ünvanlanan məlumata bildirilir
Məlumata görə son zamanlar adı qalmaqallarda hallanan təhsil ocağının nəzdində fəaliyyət göstərən Həmkərlar İttifaqı sözün həqiqi mənasında korrusiya yuvasından ibarətdir. PİA.AZ-a müractiət edən şikayətçinin bildirdiyinə görə Rövşən Hacıyevin rəhbərlik etdiyi Həmkərlar İttifaqı əslində üzvlərinin  sosial problemləri, müalicə və istirahətlərini təşkil etmək əvəzinə Müəllimlər İnstitutunun kollektivindən pul toplamaqla və topladıqları vəsaitin böyük hissəsini mənimsəməklə məşğuldur.
Qeyd edilir ki, Azərbaycan Müəllimlər İnstitunun Gəncə,  Sumqayıt, Mingəçevir,  Ağcabədi, Şamaxı, Şəki, Zaqatala, Salyan, Cəlilabad, Quba, Qazax filiallarının həmkərlar təşkilatıda Azərbaycan Müəllimlər İnstitunun Həmkərlar İttifaqının tabeçiliyindədir və qurum 2000 nəfərdən çox müəllim heyyəti,  laborant və texniki işçiləri, 7-8 min tələbəni özündə birləşdirir və onlardan üzvlük haqqı toplayır . Toplanan üzvlük haqqlarının hara sərf olunmasından isə heç kimin xəbəri yoxdur. Çünki Həmkarlar İttifaqı yalnız pul toplamaqla və sanatoriya biletlərini Müəllimlər İnstitutuna aid olmayan şəxslərə satıb iki qat qazanc əldə etməklə öz vəzifəsini bitmiş hesab edir. Halbuki hər ay Həmkarlar İttifaqı 2000 işçidən manatdan artıq və 8 minə qədər tələbədən isə bir manat üzvlük haqqı alır. Yəni faktiki olaraq Rövşən Hacıyev hər ay 15 min manata qədər üzvlük haqqı toplayır və bu vəsaitin hara sərf olunması barədə Aqiyə Naxçıvanlıdan başqa heç kimə hesabat vermir.
Daxil olan məlumata əsasən İnstitun Həmkərlar İttifaqı müalicə və istirahət sanatoriyaları üçün dövlət tərəfindən verilən biletləri filial direktorlarına və İnstitutun rektoru Aqiyə Naxçıvanlının yaxın ətrafındakı şəxslərə verir. Halbuki dövlət tərəfindən hər il yüzlərlə müəllimin müalicə və istirahəti üçün Həmkərlar İttifaqına xeyli biletlər verilir və bu biletlər ayrı-ayrı şəxslərin adına sənədləşdirilir.
Mənbə idda edir ki, Rövşən Hacıyev Aqiyyə Naxçıvanlının göstərişi ilə lazımı olan adamlara biletləri verdikdən sonra yerdə qalan yüzlərlə sanatoriya biletlərini Müəllimlər İnstitutunda çalışmayan müxtəlif şəxslərə satır. Müəllimlərin sanatoriya və müalicə biletlərinin satışından Həmkərlar İttifaqının sədrinin hər il təxminən yüz min manata yaxın qazanc əldə etdiyi qeyd olunur. Bura illik iki yüz manata qədər yığılan üzvlük haqqlarını da əlavə etdikdə doğurdan Rövşən Hacıyevin və Aqiyyə Naxçıvanlının təkcə Həmkarlar İttifaqından əldə etdikləri illik gəlirə qibtə etməmək olmur.
Məlumatda göstərilir ki, Rövşən Hacıyevin başqa bir maxinasiyası üzvlərin, xüsusəndə tələbələrin adına yazdığı sosial problemlərin həlli üçün “göstərilən” maddi yardımlarla bağlıdır . İl boyu təhsil ocağında oxuyan imkansız şagirdlərə maddi yardım edilməsi adı altında külli miqdarda vəsaitlərin mənimsənildiyi qeyd olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…(pia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5050

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031