Azərbaycanın cəbhəyə əlavə hərbi qüvvə yığdığı iddia olundu: Ermənilər təşvişə düşdü

13.03.2014 - 15:02

Azərbaycanın cəbhəyə əlavə hərbi qüvvə yığdığı iddia olundu: Ermənilər təşvişə düşdüAzərbaycanın cəbhəyə əlavə hərbi qüvvə yığdığı iddia olundu: Ermənilər təşvişə düşdü

Azərbaycanın cəbhəyə əlavə hərbi qüvvə yığdığı iddia olundu: Ermənilər təşvişə düşdüErməni deputatlar vahimə içərisindədir. Ermənistan parlamentinin dünən baş tutan iclasında parlamentarilər Azərbaycanın təmas xəttinə canlı qüvvə cəlb etməsi xəbərini veriblər. 
ANS PRESS-in məlumatına görə, “Orinats erkir” partiyasının katibi Mqer Şahgəldiyanın Azərbaycanın təmas xəttinə əlavə canlı qüvvə və hərbi texnika yığması xəbərini verərək ermənilərin buna necə hazırlaşdığını soruşub. Ermənistanın müdafiə naziri Seyran Ohanyan deputatları sakitləşdirib. 
O, bildirib ki, narahatlığa səbəb yoxdur. Seyran Ohanyan bildirib ki, Azərbaycan tərəfi yanvarın 19-dan sonra planlı şəkildə hərbi təlimlərin sayını artırıb. Ermənistan müdafiə nazirinin sözlərinə görə, təmas xəttində mühəndis-istehkam tədbirlərinin sayı 30 faiz artıb. 
Azərbaycan Müdafiə Nazirliyi erməni deputat və müdafiə nazirin iddiasına cavab verilib. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, Ordumuzun tabeliyində olan hərbi hissələr günün nizam qaydalarına və təsdiq olunmuş plana uyğun olaraq fəaliyyət göstərir. Hərbi texnikanın və qoşunların heç bir yerdəyişməsi həyata keçirilməyib
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5051

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031