Zaur Baxşəliyev həbs oluna bilər – Açıqlama

13.03.2014 - 15:09

Zaur Baxşəliyev həbs oluna bilər – Açıqlama

ATV-də yayımlanan “Ümid var” verilişində yayımlanan video qalmaqala səbəb olub. 
AzNews.az-ın məlumatına görə, arvadının başqa kişi ilə olan intim münasibətlərinin video görüntüsünü həmin verilişə göndərən Ağcabədi sakini verilişin aparıcısı Zaur Baxşəliyevdən yardım istəyib. 
Proqrama dəvət olunan ekspertlər isə qadını sərt tənqid edərək, onun “sevgilisi”nin də qanun qarşısında cavab verməli olduğunu bildiriblər. Ağcabədi sakinləri isə görüntülərin efirə verilməsinə etiraz ediblər. 
Məsələnin hüququ aspektləri haqqında danışan vəkil Müfəffər Baxışov isə AzNews.az-a açıqlamasında deyib ki, belə görüntülərin efirə çıxması yolverilməzdir. Onun sözlərinə görə, verilişin aparıcı Zaur Baxşəliyev və ATV kanalının rəhbərliyinin bu əməli Cinayət Məcəlləsi ilə tövsif oluna bilər:
“Belə bir əmələ görə, cavabdeh tərəf iki il azadlıqdan məhrum edilə bilər. Bundan başqa Konstitusiyanın 32-ci maddəsində də şəxsin razılığı olmadan, qanunda nəzərdə tutulan hallardan başqa elə məlumatların yayılması qadağan edilir. Ümumiyyətlə, bu məlumatların yayılması qanunsuzdur. Həmçinin, Cinayət Məcəlləsinin 156.2-ci – “Şəxsi həyatın toxunulmazlığını pozma” maddəsi ilə də belə məlumatı yayan tərəf cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə vəzifəli şəxslər 2 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər”. 
Hüquqşünas bildirib ki, ATV kanalında o məlumatlar yayıldığına görə, kiminsə cəzalanacağına inanmır: “İstər kanal rəhbəri, istərsə də videonu yayımlayan vəzifəli şəxsin Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunması real görünmür. Əslində isə əgər zərərçəkən qadın, Cinayət Məcəlləsinin 37.3-cü maddəsini rəhbər tutaraq, istənilən hüquq-mühafizə orqanlarına müraciət edərsə, o kanal və məlumatı yayan şəxsin barəsində cinayət işi başlana bilər”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031