Fırıldaqçı məşhur müğənninin azərbaycanlı prodüserindən 100 min tələb edib

23.01.2016 - 17:51

ersoyTürkiyədə özünü polis kimi təqdim edən oğru məşhur müğənni Müəzzəz Ərsoyun azərbaycanlı prodüseri Azər D-ni soymaq istəyib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğru Azər D.-yə zəng edərək, hesabının terror təşkilatı tərəfindən ələ keçirildiyini, buna görə də, polisə 100 min türk lirəsi məbləğində kömək etməli olduğunu deyib. Azər D. zəng edənin oğru olduğunu başa düşüb və polisə zəng edib.

Polis əməkdaşları azərbaycanlı prodüserlə birlikdə plan qurub və onun həmin oğru ilə yenidən əlaqə saxlamasını tələb edib. Bundan sonra Azər D. oğru ilə yenidən danışıb və görüş təyin edib. Təqsirləndirilən şəxs A.B. görüş yerində cinayət başında yaxalanıb.

Qeyd edək ki, Azər D.-nin sosial şəbəkələrdəki hesablarında soyadını Ərsoy kimi yazdığına və müğənni ilə çoxlu fotoları olduğuna görə oğru onun Müəzzəz Ərsoyun oğlu olduğunu zənn edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=50530

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728