Sərkisyanın arvadının adı pul qalmaqalında

13.03.2014 - 17:33

Sərkisyanın arvadının adı pul qalmaqalında

Ermənistanda prezident Serj Sərkisyanın arvadı Rita Sərkisyanın dövlət vəsaitini sağa-sola səpməsi məsələsi ətrafında qalmaqal yaranıb.
Virtualaz.org saytı epress.am portalına istinadən xəbər verir ki, bu barədə yerli “Aykakan jamanak” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Rita Sərkisyan martın 8-də İrəvan Dövlət Opera və Balet Teatrında təxminən 1000 qadın üçün konsert təşkil edərək onlara hədiyyələr bağışlayıb. Bu konsertin ən əlamətdar cəhəti o olub ki, tədbirin aparıcısı olan aktyor Qrant Toxatyan birbaşa səhnədən Serj Sərkisyana zəng vuraraq prezidentdən qadınları təbrik etməyini xahiş edib. Aktyor prezidentin nömrəsini isə zalda əyləşən Rita Sərkisyandan alıb.
Erməni qəzeti yazır ki, bu konsert Serj və Rita Sərkisyanların yox, Ermənistanın dövlət büdcəsinin vəsaiti hesabına təşkil olunubmuş. Ən pisi də odur ki, Rita Sərkisyan bu konserti özbaşına, hökuməti və digər müvafiq qurumları bu barədə öncədən xəbərdar etmədən, tədbiri plana və qrafikə salmadan keçirib. Yəni orada xərclənən vəsaiti ödəmək hökumət üçün gözlənilməz olub.
Ermənistan hökumətinin martın 13-nə təyin olunan iclasının gündəliyinə bu konsertə çəkilən 22,4 milyon dram məbləğində xərcə görə təşkilatçılara pul ödənməsi məsələsi də daxil edilib. Məsələ mədəniyyət naziri Asmik Poqosyan tərəfindən qaldırılacaq, həmin məbləğ isə konsertin təşkilatçısı olan “Erməni cazının 70 yaşı” adlı ictimai təşkilatın hesabına köçürüləcək. Bu qəfil xərc Sərkisyanların ünvanına əlavə ittihamlar yağdırıb, Rita Sərkisyanı isə Ermənistanda yeni qalmaqalın “qəhrəmanı”na çevirib. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5057

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031