"Almaniya Rusiya qazından asılı deyil"
“Almaniya Rusiya qazından asılı deyil və rəsmi Moskvanın qaz təchizatını azaltmasından qorxmur”.
Bu sözləri yerli mətbuata açıqlamasında Almaniya kansleri Angela Merkel bildirib.
Onun sözlərinə görə, Almaniya Rusiya qazından yalnız 35 % asılıdır və bu həcm ölkə üçün asılılıq yaratmır: “Rusiya həmişə Avropaya uzunmüddətli qaz tədarükü üzrə öz öhdəliklərini yerinə yetirir. Bu, Rusiyanın maraqlarına cavab verir”.
Merkel Rusiya və Ukrayna arasındakı vəziyyətin fonunda Qərbin sanksiyalarının tətbiq olunacağı təqdirdə qaz təhzicatında problemlər olacağını istisna etməyib
Short URL: http://www.cumhuriyyet.net/?p=5062