Cavid Qurbanov Nəqliyyat Nazirliyini parçalayır
Xatırladaq ki, bir müddət əvvəl PİA.AZ Savid Qurbanovun “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeçiliyndən çıxarılması üçün Nazirlər Kabinetinə müraciət etməsi ilə bağlı məlumat yaymışdı. PİA.AZ-a daxil olan yeni məlumata görə artıq bu məsələ öz həllini tapmaqdadır və may ayının əvvəlində “Azəryolservis” ASC öz “müstəqilliyni” bayram edə bilər. Lakin məlumata əsasən Cavid Qurbanov daha da irəli gelərək “Azəryolservis” ASC-nin nazirliyə çevrilməsini istəyir və bunun üçün bütün imkanlarını sərf edir.
Yaradılacaq yeni nazirliyin təkcə avtomobil yollarının deyil, həmçinin dəmir yollarını da özündə birləşdirməyi nəzərdə tutur. Nəzərdə tutulan aaktiki olaraq bütün quru yollara nəzarəti həyata keçirəcək və yolların təmiri, yeni yolların çəkilməsi ilə məşğul olacaq. Mənbə bildirir ki, əgər belə nazirlik yaradılarsa, o zaman Nəqliyyat Nazirliyi və nazir Ziya Məmmədov tamamilə küncə sıxışdırılmış olacaq və ölkəninin ən böyük və ən imkanlı oliqarx məmüurlarından birinin taleyi sual altına alınacaq.
Məlumatı verən mənbə iddia edir ki, Cavid Qurbanovun bu niyyətindən Nəqliyyat Naziri Ziya Məmmədov xeyli öncə xəbər olub və bəzi tədbirlər görməyə başlasada artıq məsələ ciddiliyini alıb. Ziya Məmmədov qardaşı Nəriman Məmmədovu Nəqliyyat Nazirliyinin tabeçiliyində olan şirkətini ləğv edərək qardaşını Cavid Qurbanova müşavir təyin etməsidə məhz bu savaşın tərkib hissəsindən biri olub. Yəni Ziya Məmmədov Cavid Qurbanovu imkan daxilində nəzarətdə saxlaya bilmək və atdığı addımlardan xəbərdar olmaq üçün belə bir addım atıb. Hazırda isə Cavid Qurbanov bütün gücünü bu işə sərf etdiyini və bu mübarizədən qalib çıxacğı ehtimalının böyüdüyü bildirilir.
Bildirilir ki, hal hazırda “Azəryolservis” ASC-nin yerli Yol istismar İdarələrinin birləşdirilməsi proseinə başıalnılıb. Birləşdirilmə prosesi isə bir neçə Yol istismar İdarəsinin regional qurumlarda toplanmasından ibarətdir.
Mənbə qeyd edir ki, regional qurumlar Quba, Zaqatala, Salyan, Gəncə, Qazax, Şamaxı, Göyçay, Şirvan, Sumqayıt və paytaxt Bakı şəhərində fəaliyyət göstərəcəklər.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=5063