Millət vəkilinin otelində bəzi nazirliklər vəsait "yuyur"?

14.03.2014 - 11:06

Millət vəkilinin otelində bəzi nazirliklər vəsait “yuyur”?

Mahir Aslanovun “Happy İnn Hotel”i bəzi nazirliklərin pul “yuduqları” otel kimi tanınır; millət vəkilinin oğlu isə 200-300 min manatlıq maşınlar sürür və və davamlı olapaq “gecə həyatı”nın dadını çıxarır…
Parlamentin susqun deputatlarından olan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilmiş Mahir Aslanovun böyük biznes imperiyasının olduğu bəllidir. Mahir Aslanovun əsas biznes sahəlləri otelçilik və mebel istehsalıdır. Millət vəkilinin “Happy İnn Hotel”i isə bəzi nazirliklərin pul “yuduqları” otel kimi tanınır.
Bu barədə PİA.AZ-a daxil olan məlumata görə Bakının Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən “Happy İnn Hotel” şəhərin dalda yerində fəaliyyət göstərməsinə baxmayaraq, müştərilərinin gurluğu ilə fərqlənir. Hətta şəhərin məşhur otelləri belə müştəri qıtlığı yaşadığı halda, “Happy İnn Hotel”də həmişə müştəri bolluğu müşahidə olunur.
Bunun səbəbini açıqlayan mənbəninin sözlərinə görə Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşıb və bu nazirlieklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz “Happy İnn Hotel”inə yönləndirilirlər. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla “Happy İnn Hotel”ində yerləşdirilir. Ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.
Daxil olan məlumata əsasən Gəncələr və İdman Nazirliyi başda olmaqla bir çox nazirliklən öz qonaqlarını “Happy İnn Hotel”ində yerləşdirməsinin səbəbi isə çox sadədir. Xərcləri nazirlik tərəfindən çəkilən qonaqların otel xərcləri sənədlərdə bir neçə dəfə şişirdilir, bundan isə həm Mahir Aslanov, həm də nazirliklər qazanırlar. Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəqdləşdirərək əldə olan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı “dostlarına” geri qaytarır. Bu əməliyyatlardan isə hər kəs məmnun qalır.
PİA.AZ-a daxil olan başqa bir məlumata görə isə, millət vəkilinin Bakı rayonlarından birinin MTN rayon şöbəsinin rəis müavini işləyən oğlu Famil Aslanov Bakıda təmtəraqlı əhli-keyf həyatı yaşayan məmur övladları arasında seçilir. Belə ki, 200-300 min manatlıq maşınlar sürən Famil Aslanov ən bahalı restoranlarda şam edir və davamlı olapaq “gecə həyatı”nın dadını çıxarır.
Qeyd edək ki, “Kəpəz Holdinq”ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Şirkətlər Qrupunun əsas gəlir sahəsi “Kəpəz” Mebel Salonudur. Bu salon da İnqilab küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır. Mahir Aslanovun nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir. Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir. 
Məlumatda o da vurğulanır ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda da vaxtını İcra Hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Bildirilir ki, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5071

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031