Məktəbdən şagirdin döyülməsi ilə bağlı açıqlama: “Qardaşı qızıdır” (VİDEO)

25.01.2016 - 10:59
doyulmeŞagirdin döyülməsinə məktəbdən münasibət bildirilib. 
Xırdalan şəhərindəki 9 saylı məktəbin adını açıqlamayan direktor müavini ANSPress-ə hadisədən xəbərdar olduqlarını deyib:
“Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsident dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən, boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək, onu vurub. Sinifdə cəmi 5-6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub”.
“Kimin uşağı olmağından asılı olmayaraq, azyaşlını vurmağa müəlliməyə kim ixtiyar verir?”, – sualından boyun qaçıran və müəllimənin adını demək istəməyən direktor müavini telefonu üzümüzə qapamaqla kifayətlənib.
9 nömrəli məktəbdə baş verən bu hadisə ilə bağlı Təhsil Nazirliyi də maraqlanır. Nazirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=50755

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728