Fətullah Gülənlə rəsmi Bakı arasında məxfi danışıqlar başladı – Şok Gəlişmə

14.03.2014 - 12:43

Fətullah Gülənlə rəsmi Bakı arasında məxfi danışıqlar başladı – Şok Gəlişmə

Son günlərin əsas mövzusu olan nurçularla bağlı daha bir məlumat yayılıb
Redaksiyamızın elektron ünvanına göndərilən məlumatdan belə aydın olur ki, rəsmi Bakı nurçularla danışıqlar aparır.
Məlumatı ötürən qaynaq iddia edir ki, bu danışıqlar məxfi qaydada həyata keçirilir və danışıqlara cəlb olunan nurçuların təmsilçiləri birbaşa olaraq hazırda ABŞ-da yaşayan və nurçuların lideri hesab olunan Fətullah Gülən tərəfindən təlimatlandırılıblar.
Mənbə iddia edir ki, nurçularla danışıqların aparılmasında Azərbaycan hökumətinin iki ünlü siması xüsusi vasitəçilik edib. Mənbənin söylədikləri: “Onlardan biri baş nazirin müavini Elçin Əfəndiyev, digəri isə keçmiş təhsil naziri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyat İnstitutunun direktoru postunu tutan Misir Mərdanovdur”.
Mənbə bildirir ki, hər zaman Azərbaycanda nurçuların himayədarı kimi çıxış edən bu iki şəxs nurçulardan kifayət qədər qazanc əldə edərək, bu ortaqlıqlarının faydasını görüblər: “İndi isə nurçulara qarşı bir basqı var və Fətullah Gülənin sifarişi əsasında rəsmi Bakı ilə danışıqlar aparılır. Danışıqlarda məqsəd nurçulara məxsus biznes obyektlərinin qorunmasıdır”.
Xatırladaq ki, bir neçə gün əvvəl nurçuların Bakıdakı ticarət obyektlərinə də əl qoyulacağı haqda informasiyalar yayılmışdı.
(dia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031