Sabah İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

25.01.2016 - 11:34

intiqam-eliyevSabah Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq.

Bu barədə məlumatı yanvarın 25-də Qaynar.info-ya vəkil Fariz Namazlı verib.

Vəkilin sözlərinə görə, məhkəməyə hakim Gülzar Rzayeva sədirlik edəcək. Məhkəmə prosesinə İntiqam Əliyev qatılacaq.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur. 2015-ci il aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

Xatırladaq ki, İntiqam Əliyevin ilkin həbsindən 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib.

Şikayətdə həbs zamanı Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) və 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozulduğu bildirilir. Bu şikayət üzrə kommunikasiya artıq başa çatıb.

“Amnesty International” təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=50781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728