"Azərsu"da dəhşətli maxinasiyalar – Milyonlar necə talanır?

14.03.2014 - 13:49

“Azərsu”da dəhşətli maxinasiyalar – Milyonlar necə talanır?

“Azərsu” ASC-nin yüz milyonluq layihələrində mənimsənilən milyonlarlar bağlı dəhşətli faktlar
Məlumatda milyonların necə yeyilməsinə dair dəhşətli faktlar və rəqəmlər var. Məlumatda bildirilir ki, “Azərsu” ASC-nin həyata keçirdiyi su və kanalizasiya lahiyyəsi çərçivəsində Dünya Bankı ilə “Azərsu” rasında bağlanmış müqavilələrə qurumun xarici sərmayələr üzrə sədr müavini İlqar Tağıyev nəzarət edir: “Qorxmaz Hüseynovun adı çəkilən müavini xarici sərmayələrə nəzarət etməklə bərabər həm də xarici şirkətlərin ölkəmizə gəlib iş görmələri və onlardan müəyyən haqqın alınması ilə məşğuldur. “Azərsu” ASC-nin rayonlarda Dünya Bankı ilə razılaşdırılmış su və kanalizasiya lahiyyəsini ən çox həyata keçirən şirkət T.T.Ş İnşaat servisdir. Qorxmaz Hüseynova yaxınlığı ilə seçilən T.T.Ş İnşaaat şirkəti son 3 ildə ölkənin müxtəlif rayonlarında su və kanalizasiya lahiyyələrini həyata keçirib. Şirkətin gördüyü işlər Qəbələ şəhərində “PWT Wasser-un Abwassertehnin” ilə birgə 63842848 manatlıq (64 milyon), Beyləqan rayonunda T.T.Ş İnşaat və GMBH-CO.GH şirkəti ilə 47600928 (48 milyon) manatlıq, eyni zamanda Qusar, Xaçmaz, Xızı rayonlarında yarımçıq qalmış işlər üçün 16990282 (17 milyon) manatlıq lahiyyələrin həyata keçirilməsindən ibarətdir. T.T.Ş İnşaat şirkətinin rayonlarda həyata keçirdiyi su və kanalizasiya lahiyyələrinin qəbul edilməsi zamanı adı çəkilən şirkətin rəhbərliyi, həmçinin “Azərsu” rəhbəri Qorxmaz Hüseynovun adamları yerli icra başçılarına rüşvət verərək lahiyyələrin qəbul edilməsinə nail olublar. Həyata keçirilən lahiyyələrdə görülən işlər həmçinin su və kanalizasiya lahiyyəsinin smetasında qeyd olunan bəzi maddələr açıqcasına pozulub. Məsələn su və kanalzasiya lahiyyələrində qeyd olunub ki, işləyən fəhlələrə hər bir metr150-lik borunun çəkilişi üçün 3 manat, 200-lik borunun çəkilişi üçün 5 manat, 300-lük borunun çəkilməsi üçün 8 manat, 400-lük borunun çəkilişi üçün 11 manat, 500-lük borunun çəkilişi üçün 13 manat ödənməlidi. Amma “Azərsu” rəhbərliyi və T.T.Ş İnşaat şirkəti su və kanalizasiya lahiyyəsində işləyən fəhlələrə ay ərzində 390 manat əmək haqqı verir. Bundan başqa şirkətin işçiləri ilə heç bir müqavilə bağlanmayıb və onlar muzdlu işçi kimi işləyirlər. Su və kanalizasiya işçiləri ilə rəsmi müqavilə bağlanmadığına görə minlərlə işçi hal- hazırda “Azərsu” ASC-nin lahiyyələrində qeyri-rəsmi işləyirlər, bu işçilərin heç bir sığortası yoxdur. Halbuki “Azərsu”nun lahiyyələrini həyata keçirən T.T.Ş İnşaat şirkətinin Qəbələdə, Qusarda, Xaçmazda, Xızıda, İmişlidə, Yardımlıda və Beyləqanda gördüyü işlərdə 50-dən çox fəhlə torpaq uçqunu altında qalaraq xəsarət alıb. T.T.Ş İnşaat servisin həyata keçirdiyi lahiyyələrdə şirkətin rəhbərliyi külli-miqadarda şişirtmələrə yol verərək əldə etdikləri qazancların çox hissəsini “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova çatdırıblar. 
Bundan başqa “Azərsu” rəhbərinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyev Göyçay şəhərində Türkiyə şirkəti “Alko İnşaat San və Tic.Aş” həyata keçirdiyi-19278830 (19 milyon ) manatlıq lahiyyədən adı çəkilən şirkətdən görülən işin dəyərinin 10 faizini alıb. Ağdaş rayonunda “Atinak Mü.İnş.San və Tic.A.Ş”ın həyata keçirdiyi 67505337 (67 milyon) manatlıq lahiyyədən isə 25 faiz, “Çukurova-Su-İstilik Quraşdırma” birgə müəssisəsinin Naftalan şəhərində həyata keçirdiyi lahiyyədən (24430396-24 milyon manat) 10 faiz, Qəbələ şəhərində təkrarən “Alke-Alkataş” şirkətinin həyata keçirdiyi 6599292 (65 milyon) manatlıq lahiyyədən isə 25 faiz haqq alıb. Dünya Bankı ilə “Azərsu” ASC-nin razılaşdırılımış müqaviləsi əsasında ölkəmizdə həyata keçirilən su və kanalizasiay lahiyyələrinə birbaşa nəzarət İlqar Tağıyevin kurasiyasındadır. Yuxarıda adı çəkilən şirkətlər məhz Qorxmaz HÜseynov və İlqar tağıyevin yaxınalrı tərəfindən Türkiyədə, Almaniyada yaradılıb və hər iki məmur bu şirkətlərə ortaqdırlar. Son 3 ildə T.T.Ş İnşaat şirkətinin su və kanalizasiya lahiyyələrində tender qalibi olması və yüz milyonlarla manatlıq lahiyyələrin bu şirkətə verilməsi isə birbaşa Qorxmaz Hüseynovla İlqar Tağıyevin birgə əməliyyatıdır. T.T.Ş İnşaat şirkəti Qorxmaz Hüseynovun ailə üzvlərindən birinə məxsusdur. Həmin şirkət Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynov və qaynı Namiq Cəbrayılov tərəfindən idarə olunur. Bundan başqa “Mühəndis Tikinti Layihə” MMC, “Azərsu Təchizat Tikinti” ASC, “Sənaye Tikinti-M” şirkətləri Qorxmaz Hüseynovun qardaşı və qaynı tərəfindən idarə olunur”.
Qeyd edək ki, bu məlumatları verən “Azərsu”dakı maxinasiyalarla bağlı əlavə məlumatların olduğunu və onları da redaksiyamıza təqdim etməyə hazır olduqlarını bildiriblər.
Qarşı tərəfin də mövqeyinə yer verməyə hazırıq
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5082

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031