Daha 3 nardaranlı həbsdən azad olundu

25.01.2016 - 12:41

zindanNardaranda inzibati qaydada həbs olunan daha 3 nəfər qəsəbə sakini azadlığa buraxılıb.

Cümhuriyyət.az “Trend”ə istinadən bildirir ki, bu xəbəri Nardaran sakinləri veriblər.

Məlumata görə, Nardaran hadisələrindən sonra ümumiyyətlə inzibati qaydada həbs olunan şəxslərin hamısının həbs müddəti başa çatıb və onlar azadlığa buraxılıb.

Qeyd edək ki, Nardaran hadisələrindən sonra inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunmuşdu. Sonradan isə daha 3 nəfər barəsində inzibati həbs qərarı çıxarılmışdı. Ötən həftə inzibati həbs müddəti başa çatan 71 nəfər azadlığa çıxsa da, digər 3 nəfərin həbs müddəti başa çatmadığından onlar Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=50847

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728