"Bank of Baku" ətrafında yeni gərginlik

14.03.2014 - 14:47

“Bank of Baku” ətrafında yeni gərginlik 

Bir neçə gün əvvəl “Bank of Baku”nun müşahidə şurasının sədri Elçin İsayevin həbsilə müşayiət olunan bir əməliyyatın keçirilmə xəbəri yayıldı. Xəbərdə qeyd olunurdu ki, Milli Təhlükəsizlik Nazirliyi “Bank of Baku”da əməliyyat keçirib və bu zaman müşahidə şurasının sədri də həbs olunub.
Lakin sonradan Elçin İsayev mətbuata açıqlama verərək həbs olunmadığını bildirdi. Amma əməliyyatın keçirildiyi barədə müəmmalar ortada qaldı. Və günü bu gün də faktiki olaraq bu olayla bağlı hər hansı rəsmi izahat mövcud deyil ki, bu da şübhələrin artmasına gətirib çıxarıb.
Xatırladaq ki, “Bank of Baku”nun İranın xüsusi xidmət orqanları ilə əlaqədə olması və bu əlaqələr nəticəsində hər ay İranın gizli dairələrinə aid 5 milyon dolların “Bank of Baku”da yuyulması haqda iddialar illərdir ki, var. Və bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri xanım Enn Dörsinin ABŞ Dövlət Departamentinə ünvanladığı məxfi qrifli sənədlərdə də ciddi informasiyalar yer almışdı.
“Bank of Baku” ətrafında yeni gərginlik – Elçin İsayevi hər an həbs təhlükəsi gözləyir 
Amma buna rəğmən “Bank of Baku” hələ də fəaliyyətdədir. Və hətta son olay zamanı da “kəfəni yırtmağa” müvəffəq olub. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə xəbər verib. Qaynaq iddia edir ki, əslində Elçin İsayev həbs olunsa da, sonradan kənar müdaxilələr onun azadlığa buraxılması ilə nəticələnib.
Mənbə bildirir: “Amma vəziyyət yenə də kritikdir və Elçin İsayev üçün həbs təhlükəsi hələ də qüvvədədir”.
Mənbənin iddialarına görə, “Bank of Baku”ya qarşı böyük həcmdə yeyinti ittihamı var. Və bu ittihamın arxasında isə əsasən Azərbaycanın xüsusi xidmət orqanlarının İran xəfiyyəsi üçün vacib maliyyə qaynağı hesab olunan bir nöqtəni zərərsizləşdirmək niyyətinin dayandığı aşkar surətdə his olunandır.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq. (dia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=5085

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031