"NİDA"çıların məhkəməsi: 93 min manat məsələsi qaldırıldı

14.03.2014 - 16:10

“NİDA”çıların məhkəməsi: 93 min manat məsələsi qaldırıldı

Martın 14-ü Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatı üzvlərinin işi üzrə növbəti proses keçirilib.
Vəkil Nemət Kərimli “Media forum” saytına bildirib ki, prosesdə təqsirləndirilən şəxs Bəxtiyar Quliyevin atası Səməndər Quliyev və məhbus “Nida” üzvü Rəşadət Axundov ifadə verib: “Səməndər Quliyev onun evində aparılan axtarış barədə suallara cavab verdi. Daha sonra Rəşadət Axundov sualları cavablandırdı”.
Nemət Kərimlinin sözlərinə görə, o, hüquqlarını müdafiə etdiyi Şahin Novruzlunun işi ilə bağlı vəsatət verib: “Şahin Novruzlunun evində aparılan axtarış zamanı tapılan 93 min manat pulun taleyi barədə əlavə 4 şahidin dindirilməsi barədə vəsatət verdim. Şahid kimi dindiriləcək şəxslər Şahinin atası İbrahim Novruzov, dayısı Allahyar Novruzov, bibisi Nüşabə Novruzova və pulun sahibi Həsənqulu Bayramovdur”.  
Proses martın 28-də təqsirləndirilən şəxslərdən Şahin Novruzlunun ifadəsi ilə davam edəcək.
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.
“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə 2013-cü il mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=5086

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930