Tanınmış videobloger Hüseyn Əzizoğlu azadlığa çıxdı — FOTO
Tanınmış videobloger Hüseyn Əzizoğlu azadlığa çıxıb.
Bu barədə sosial şəbəkələdə məşhur bloqçunun özü yazıb:
“Hər kəsə salam. Artıq azadlıqdayam. 15 gün əvvəl başıma xoşagəlməz hadisə gəldi. Bir nəfərlə mübahisə edərək, insanların içində onu söyməli oldum. Oda məni 102 polis xidmətinə şikayət etdi. Buna görə də 15 gün həbs olundum. Ona əmin olun ki, həbsimin polis videolarına heç bir adiyyatı yoxdur. Hər şey əladır. 2-3 gün istirahət edim yeni vine’lərlə qarşınızda olacam. Bu arada 8-ci kameradan hamınıza salam var.”
Short URL: http://www.cumhuriyyet.net/?p=50874