Hakimiyyətdən ABŞ-a sərt ittiham

14.03.2014 - 17:03

Hakimiyyətdən ABŞ-a sərt ittiham

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tənqid edib. O, əsas diqqəti ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Qarabağ problemi ilə bağlı bəyanatlarına çəkib. Modern.az-ın məlumatına görə, Novruz Məmmədov özünün rəsmi twitter səhifəsində bildirib ki, Ceyms Uorlikin erməni tərəfi ilə anlaşması var: “Tvitlərindən görünür ki, cənab Uorlikin erməni tərəfi ilə yaxşı anlaşması var. Yəqin mövqeləri üst-üstə düşür”.  Qeyd edək ki, Ceyms Uorlik Qarabağ münaqişəsi ilə bağlı mütəmadi olaraq açıqlamalar verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5088

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031