Rusiya Krımdan 3 şərtlə əl çəkə bilər
15.03.2014 - 10:03
Rusiya Krımdan 3 şərtlə əl çəkə bilər
Putin Ukraynada prezident seçkilərini pozmaq istəyir
“Rusiya hərbi müdaxilədən əl çəkə bilər. Ancaq bunun üçün Ukraynada prezident seçkilərinin vaxtı geriyə çəkilməli, Avropa Birliyi və NATO ilə müqavilələr imzalanmamalıdır”. Unian.net saytı ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici siyasət idarəsinin başçısı Gennadi Lavrovun görüşünü şərh edərkən belə yazıb.
Müəllif yazır ki, Putin çox yaxşı bilir ki, əgər seçki mayın 25-də baş tutsa, ya Kliçko, ya da Poroşenko qalib gələcək. Bu şəxslərdən heç biri isə Kremlin nəzarət edə biləcəyi liderlər deyil.
Martın 13-dən 14-də keçən gecə Ukraynada gərginlik daha da yüksəlib. Donetskdə baş verən qarşıdurmalarda 2 nəfər ölüb, onlarla şəxs yaralanıb. Axşam saatlarından şəhərin əsas meydanına yığışan millətçilərlə rusiyapərəstlər bir neçə saatlıq söz atışmasından sonra bir-birinə hücum edib. Milis uzun zaman asayişi bərpa edə bilməyib.
Martın 13-dən Krımda daha 3 Avromaydan fəalı yoxa çıxıb. Onlardan biri Ali Radanın üzvü Anatoli Qrisenkonun oğludur. Qritsenko media təmsilçilərinə deyib ki, oğlu və onunla bərabər olan daha iki nəfərlə əlaqə saat 23.00-dən kəsilib. Şahidlər onların avtomobilini 3 “Cip”in təqib etdiyini, bir neçə dəfə atəş açıldığını deyir. Mobil telefon siqnalları ilə müəyyən etmişik ki, onları Simferepolda Rusiya silahlılarının nəzarət etdiyi hərbi komissarlıq binasına aparıblar. Ancaq komissarlıqda bunu təkzib edirlər”.
Martın 15-də BMT Ukrayna ilə bağlı xüsusi qətnaməni müzakirəyə çıxaracaq. Qətnamə layihəsinin müəllifi ABŞ-dır. Bu haqda yerli mediaya ABŞ-ın BMT-dəki təmsilçisi Samanta Pauer bilgi verib.
S.Pauerin sözlərinə görə, bu qətnamə Rusiyanın dünya birliyindən təcrid olunması üçün çox ciddi sənəd olacaq. “Əgər sənəd qəbul olunana qədər Rusiya qoşunlarını Ukrayna ərazisindən çəkərək dislokasiya yerlərinə qaytarmasa dünya dövlətləri səsvermə hüququndan istifadə etməklə bu layihəni qəbul etməlidirlər. Ancaq ABŞ yenə də Rusiyanın Təhlükəsizlik Şurasının 14 üzvünün mövqeyini nəzərə alacağına ümidimizi itirməmişik”.
(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5090