7 generalımız həbs oluna bilər

15.03.2014 - 10:26

7 generalımız həbs oluna bilər

Ehtiyata göndərilən yüksək poqonluları istintaqa cəlb etmək daha asandı
Müdafiə naziri Zakir Həsənov 7 generalı Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərdi. Nazirin əmrinə əsasən, 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayev (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) ehtiyata göndərildilər.
7 genaralın bir neçəsinin adı bu əmrə qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq, Silahlı Qüvvələrin ştatında qalırdı. Bu əmr yeni situasiya yaratdı. Uzun illər Azərbaycan ordusunun yağlı vəzifələrini tutmuş genaralları ehtiyatda olan generala çevirdi. Z.Həsənovun əmri generalları müəyyən mənada “çətirsiz” qoyub. Məsələn belədə onların istintaqa cəlb edilməsi də asanlaşır. Z.Həsənovun əmri verməsində onun 7 generalın rəhbərlik etdiyi sahələrdə apardığı yoxlamaların təsiri böyük olub.
Bu haqda “Yeni Müsavat”ı bilgiləndirən mənbə deyib ki, nazir ehtiyata göndərdiyi generalların “obyekt”lərini yoxladığı zaman çox böyük yeyintilərə yol verilməsini vizual olaraq seyr edib. Yəni hərbi hissələrdə olarkən 10 döyüş maşınından 9-nun akumulyatorsuz, yanacaqsız olduğunu görüb. Sənəd üzərində isə həmin maşınlarınn işlək vəziyyətdə olduğu, hər gün yanacaq sərf edildiyi, 6 aydan bir akkumulyator alındığı yazılıbmış. Əgər bir döyüş maşınının günlük yanacaq sərfini minimal 20 litr hesablasaq və bu yanacağın alınmasına 14 manat xərcləndiyini nəzərə alsaq, 1 ildə kifayət qədər böyük bir məbləğin “yeyilməsi” ortaya çıxır – 5 min 110 manat. Bu təkcə 1 maşının yanacaq sərfiyyatıdır. Hərbi hissələrin təminatına ayrılan böyük məbləğlərin həzm-rabedən keçirilməsi haqda dəfələrlə yazmışıq.
Məsələn “Yeni Müsavat”ın 21 iyun 2013-cü il tarixli sayında dərc olunan “Məhbus rəis Müdafiə Nazirliyindəki milyonluq oğurluqların sxemini açıqladı” sərlöhvəli yazıda büdcə pullarının hansı acgözlüklə yağmalanmasınıdan söhbət açılırdı. “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi olmuş milli ordunun sabiq zabiti, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Renat Yusifov redaksiyamıza yolladığı məktubda Şəmkir korpusuna daxil olan 5 hərbi hissədən hər il üst-üstə 10 milyon manata yaxın büdcə vəsaitinin oğurlandığını yazmışdı. Belə faktlar kifayət qədərdir və araşdırılmasına da elə də ciddi bir səy lazım deyil. Sadəcə cinayət işini başlayıb generalları istintaqa cəlb etmək qalır.
Hər halda, bu addımı ilə Zakir Həsənov adları çəkilən generallarla bağlı qəti qərarın verildiyini nümayiş etdirmiş oldu. Halbuki onlardan bəzilərinin, məsələn, Səfər Əbiyevin yenidən vəzifəyə təyinat alacağı iddia olunurdu. İddialar doğrulmadı. Hazırda Səfər Əbiyev və digər 6 general böyük paraları ilə bərabər ortalıqdadır. Onların hazırkı durumunu qurdluqda quzuların durumuna bənzətmək olar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5093

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031