Rövşanədən model Günaya sərt sözlər – Video

25.01.2016 - 14:29

rovsane-gunayAzərbaycan dilində danışmağı özünə yaraşdırmır?

Axar.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Bektaşi rəsmi Feysbuk səhifəsində model Günay Musayeva haqda yazıb. O, Günay Musayevanı öz dilində danışmamaqda ittiham edib:

“Adam cəmi 6-7 il xaricdə yaşayıb. Sizcə, bu müddət öz doğma Azərbaycan dilini unutmağa bəs edər? Yoxsa xaricdən gələndən sonra adam Azərbaycan dilində danışmağı özünə yaraşdırmır? Nə düşünürsünüz? Təsir etmək başqa, tamam xarici dildə danışmaq başqa. Təsir bir-iki sözdə özünü göstərsin.

Sadəcə görüntü yaradıblar, ayıbdır, vallah. Türk dili bizə yad olmasa da, ləhcə fərqi kifayət qədərdir. İnanmıram ki, qısa müddət ərzində tamamilə öz dilimizi unudub, türk ləhcəsinə keçmək olsun. Bu, sadəcə fərqli görüntü yaratmaqdır”.

Qeyd edək ki, model Günay Musayevanın münsif olduğu “Bu stil mənim” verilişində Türkiyə türkcəsində danışması sosial şəbəkədə böyük etiraza səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=50937

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728