Nurçular 53 milyon dolları Azərbaycandan çıxarmağa çalışırlar

15.03.2014 - 10:30

Nurçular 53 milyon dolları Azərbaycandan çıxarmağa çalışırlar

Fətullah Gülənə çatacaq həmin məbləğin Balakən Gömrük Məntəqəsi ilə çıxarılacağı ehtimal edilir 
Son dövrlər ölkədə nurçuların fəaliyyəti və onların maliyyə mənbəyi ilə bağlı çeşidli məlumatlar yayılır. Dünən onlardan daha biri Politika.az-a çatıb. Həmin məlumatda deyilir ki, Azərbaycanda qərarlaşmış nurçuların liderləri Fətullah Gülənə göndərdiyi maliyyə hesabatı sənədi üzə çıxdıqdan sonra düşərgədə qarışıqlıq yaranıb. Məlumatda vurğulanır ki, nurçular əllərində olan 53 milyon dolların qalan hissəsini Türkiyədə vəziyyət qarışıq olduğundan ora göndərə bilmirlər. Qeyd olunur ki, həmin pulun qalan hissəsi şirkətlərin kassalarında saxlanılırmış. Lakin Vergilər və Maliyyə Nazirliyinin məsələdən xəbər tutaraq, yoxlamalara start verməsi onları tədbirli davranmağa vadar edib. Üstəlik, bu məlumatın nurçuların dövlətdəki adamları tərəfindən sızdırıldığı qeyd olunur. Mənbə Politika.az-a yazdığı məktubunda vurğulayır ki, məsələdən xəbər tutulan kimi gecə saatlarında firmadan pulları çıxararaq, naməlum istiqamətdə aparıblar. “Ehtimal var ki, həmin pulu Balakən gömrük postu vasitəsi ilə ölkədən çıxarıcaqlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5094

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930