NİİM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxdı
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı işdən ayrılıb.
Bu barədə Ş.Memanqızı özünün “Facebook” hesabında yazıb: “Əziz Dostlar, 4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=50940